Tunisdə toqquşma: ölən və yaralananlar var
Tarix: 20.05.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Tunisdə polislə radikal sələfilər - “Şəriət müdafiəçiləri” arasında küçə döyüşləri baş verib.
Tunisin rəsmi informasiya agentliyi xəbər verir ki, bazar günü Tunisin paytaxtında və Kayruan şəhərində baş vermiş toqquşmalar nəticəsində bir nəfər həlak olub, 15 nəfər, o cümlədən hüquq-mühafizə orqanlarının 11 əməkdaşı yaralanıb. Məlumata görə, radikal islamçıların həlak olmuş gənc tərəfdarı At-Tadamun şəhəri ətrafında gedən döyüşlərdə öldürülüb.
“Ənsar əş-Şəriə” qruplaşmasının fəalları ilə mühafizə güclərinin toqquşması bazar günü qruplaşma liderləri tərəfindən edilmiş zorakılığa çağırışlardan sonra başlayıb. Daha əvvəl Tunis hökuməti “Şəriət müdafiəçiləri”nə Kayruanda minlərlə tərəfdarlarının iştirakı ilə konqres keçirməyi qadağan etmişdi. Bundan sonra isə hərəkatın liderləri hökuməti “müqəddəs müharibə” ilə hədələmişdilər.
Hərəkat fəalları At-Tadamun küçələrində, Kayruanın mərkəzində şəhər məscidinin yaxınlığında barrikadalar qurublar. Onlar polisə daş və butulkalar tullayıblar. Polis isə öz növbəsində gözyaşardıcı qazdan istifadə edib.
Günün ikinci yarısında Tunisin Daxili İşlər Nazirliyi toqquşma baş verən yerlərdə vəziyyət üzərində tam nəzarətin yaradıldığını bəyan edib.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info