Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunur
Tarix: 19.12.2017 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə dekabrın 19-da "Muğam klub"da tədbir keçirilir. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Əvvəlcə qonaqlar Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr edilmiş sərgisi ilə tanış olublar.
Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırıb. Bildirilib ki, 1945-ci ildə yaradılmış UNESCO dünyada elm, təhsil, mədəniyyət, kommunikasiya sahələrində beynəlxalq əməkdaşlığa məsul olan təşkilatdır. Hazırda bu qurumun 195 üzvü və 11 assosiativ üzvü var. Azərbaycan təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Ümummilli lideri Heydər Əliyevin 1994-cü il fevralın 21-də imzaladığı müvafiq Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Azərbaycan 25 il ərzində təşkilatla elm, təhsil, mədəniyyət, kommunikasiya, gender məsələləri, idman, gənclər və bir çox digər sahələr üzrə əməkdaşlıq edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz daha da genişlənib, Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib.
Əsgər Ələkbərov dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 25 il əvvəl üzv olan ölkəmizin bu müddət ərzində qurumla səmərəli əməkdaşlığından, tariximizin təbliği baxımından bu təşkilatla əməkdaşlığa verilən önəmdən, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, mədəni irsimizin qorunması Azərbaycan dövləti üçün prioritet istiqamətdir. "Azərbaycan muğamı", "Aşıq sənəti", "Novruz bayramı", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti", "Azərbaycanda çövkən ənənəvi Qarabağ atüstü oyunu", "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti", "Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka", "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi", "Simli musiqi aləti kamança, onun hazırlanması və ifaçılığı sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
UNESCO qərargahında Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərinin qeyd edildiyini söyləyən Ə.Ələsgərov deyib ki, Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir.
Əsgər Ələkbərov vurğulayıb ki, dövlətimizin başçısının 2007-ci il 16 may tarixli Fərmanı ilə yaradılan, mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və qayğısı sayəsində qədim şəhərimizi nadir memarlıq-şəhərsalma kompleksi kimi möhkəmlədib, tarixi memarlıq abidələrinin bərpası, konservasiya və restavrasiya işlərini aparıb, vətənimizin irsinin beynəlxalq səviyyədə təbliğ edilməsində yüksək nailiyyətlər əldə edib.
Tədbir çıxışlarla davam edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info