“Ermənistandakı ağır iqtisadi vəziyyət daha da pisləşəcək”
Tarix: 20.05.2013 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Azad demokratlar” Partiyası qazın qiymətinin qalxmasını Ermənistanın avropameyilli addımları ilə əlaqələndirir”. Bu barədə partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, “Azad demokratlar” əmindir ki, “ArmRosqazprom” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qaz tariflərinin artırılması təsadüfi deyil və bu yalnız iqtisadi problem deyil, daha çox milli təhlükəsizliyə aid siyasi problemdir: “Məlumdur ki, Rusiya hökuməti heç vaxt qazın Rusiyanın xarici subyektlərlə məsələnin həllində əsas alət olduğunu gizlətməyib və bu alət Ermənistanla münasibətlərdə də tətbiq olunur. Biz əminik ki, Rusiya tərəfi qazın qiymətini artırmaqla Avropa Birliyi ilə Assosiasiya Müqaviləsi ilə əlaqədar olaraq Ermənistana təzyiq göstərməyə çaılşır.
Tariflərin artması Ermənistanda ağır sosial-iqtisadi vəziyyətə daha da mənfi təsir göstərəcək, bazarda zəncirvari reaskiyaya səbəb olacaq – yenidən bahalaşma baş verəcək, mühacirətin onsuz da yüksək olan tempi daha da yüksələcək. Qeyd edək ki, bu məsələdə hətta Ermənistan hökumətinin 30% subsidiya ayırmaq təklifi də öz köməyini göstərməyəcək, çünki bu məbləğ də Ermənistanın Dövlət Büdcəsindən ayrılacaq – yəni, yenidən Ermənistan vətəndaşlarının hesabına.
Bununla əlaqədar olaraq, “Azad demokratlar” “ArmRosqazprom” QSC-nin təklifinə etiraz olaraq komissiya çağırır. Bundan başqa, Ermənistan hökuməti respublikada alternativ enerji mənbələrinin yaradılması və təminatı istiqamətində addımlar atmalıdır.
Yaranmış vəziyyət ölkəmizə bir çağırışdır və tezliklə biznes və siyasət bölməsini, yeni vergi və qanunverici sahələrini formalaşdıracaq sistem yaratmaq lazımdır. Öz növbəsində, elmi-texniki inkişafa əsaslanan və digər dövlətlərin siyasi və iqtisadi maraqlarından asılılığı aradan qaldıran rəqabətədavamlı iqtisadiyyatı təmin etmək lazımdır”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif
16.06.2019
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info