İsveçrənin “Endress+Hauser” şirkəti BANM-də
Tarix: 19.12.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrənin “Endress+Hauser İnstruments İnternational AG” şirkəti və onun Azərbaycanda rəsmi tərəfdaşı olan “Sigma Technical Services” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə ali məktəbin rəhbərliyi və “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin Qazaxıstandakı Mərkəzi Asiya Xidmət Mərkəzinin Regional xidmət meneceri Gert-Jan Verhagen, Almaniyada Məhsulun inkişafı üzrə meneceri Joern Lange, Qazaxıstanda Mərkəzi Asiya xidmət mərkəzinin rəhbəri Andrey Tyunkin və Azərbaycanda “Sigma Technical Services” şirkətinin Biznesin inkişafı üzrə meneceri Samir Elyazov iştirak ediblər.
Rektor Elmar Qasımov qonaqları BANM-də görməyinə şad olduğunu bildirib, daha sonra ali məktəbin fəaliyyəti, statistik göstəriciləri və uğurları haqda bilgiləndirib. Rektor BANM-in yeni kampusu və orada sahənin aparıcı şirkətlərinin yaratdığı laboratoriyalar haqda görüşün iştirakçılarına məlumat verib.
Görüşdə qonaqlar “Endress+Hauser” və “Sigma Technical Services” şirkətinin təqdimatını edib, şirkətin yerli quraşdırma və yerli personal tərəfindən dəstəklənən xidmətlərindən bəhs ediblər. Tərəflər arasında həmçinin gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub, tələbələrin təcrübə-istehsalat proqramları və maarifləndirilməsi haqda danışıqlar edilib.
Ali məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının rəhbəri Manafəddin Namazov sahənin müxtəlif istiqamətlərində araşdırma edən tələbələrin artıq 3 ilə yaxındır ki, “Endress+Hauser” şirkətinin proqram təminatından istifadə etdiklərini vurğulayıb və bu imkanı tələbələr üçün yaratdığına görə şirkətin nümayəndələrinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, 60 ildən çox fəaliyyət göstərən “Endress+Hauser İnstruments İnternational AG” şirkəti istehsal prosesinin ölçülməsi və avtomatlaşdırılması üçün məhsullar, həllər və xidmətlərin aparıcı təchizatçısıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info