SOCAR Avstriyada iki şirkət alıb
Tarix: 19.12.2017 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını alıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.
 
Son dövrdə SOCAR İsveçrədə orta miqyaslı şirkətlərlə diler və təchizat əlaqələrinin genişləndirilməsi, ortaq kart sisteminin işlədilməsi və s. kimi müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirməkdədir. İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış ailə biznesi olan “A1” şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olub. Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik “A1” şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var.
 
“A1” ilə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkətini əldə edib.

“A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarə edilməsi məqsədi ilə “SOCAR Energy Austria” MMC təsis edilib. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin əməkdaşları işlərində saxlanılacaq və “SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. “A1” brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.

“SOCAR Energy Holdings”in rəhbəri Edqar Baxmann yeni layihədən məmnunluğunu belə ifadə edib: “A1” şəbəkəsinin alışı Avstriyada SOCAR qarşısında yeni üfüqlər açır, yeni kommersiya imkanları yaradır və bir aparıcı enerji şirkəti kimi onun bu ölkədə mövqeyni möhkəmləndirir”.
 
“A1” şəbəkəsinin və “Pronto Oil Mineralölhandels GmbH” firmasının keçmiş sahibi Qerhard Annavitt belə deyib: “Həm “A1”, həm də “Pronto Oil” şirkətlərinin işini uğurla davam etdirmək üçün SOCAR ən uyğun namizəddir. Şirkətimi sataraq, onu yüksək keyfiyyətli xidmət təklif edən qabaqcıl və innovativ bir şirkətə təqdim edirəm, fikrimcə SOCAR bu şirkətləri mənim də arzu etdiyim səmərəli tərzdə davamlı idarə edəcək”.

Qeyd edək ki, SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olmuşdur. Bu gün İsveçrədəki istehlakçıların 63%-dən artıq hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək, 15 dilerlə tərəfdaşlıq əlaqələri qurub və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir.
 
İsveçrə ilə qonşu və eyni mədəniyyətin daşıyıcısı olan Avstriya SOCAR üçün strateji bazardır. A1 şəbəkəsi Avstriyanın bir çox bölgələrində yüksək dəyərə sahib YDM brendi kimi tanınır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Prezident Mərkəzi Parkın açılışında iştirak edib
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info