11 ayda fərdi uçot sistemində əlavə olaraq 185 663 nəfər qeydiyyata alınıb
Tarix: 19.12.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.
Cari ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 663 nəfərə fərdi şəxsi hesab açılıb. Beləliklə, 01 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü müqayisədə 206 237 nəfər və ya 6,15 faiz çoxdur.
Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən fərdi uçot sistemi qanunvericiliyə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Bununla da vətəndaşlar fərdi şəxsi hesablarında pensiya kapitalı toplamaq imkanı əldə edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən istifadə etməklə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə mütəmadi şəkildə məlumat öyrənə bilirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info