Çində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzi açılıb
Tarix: 19.12.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində hazırda 14 ölkənin dilini, mədəniyyətini, tarixini, dövlətçiliyini öyrənən xarici mərkəz fəaliyyət göstərməkdədir. ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu universitetlərində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzləri açılmağa başlayıb. Bu istiqamətdə bütün hazırlıq işlərini öz üzərinə götürən ADU xalqımızın, dövlətimizin zəngin tarixini, mədəniyyətini, dilini dünyada daha yaxşı tanıtmaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə dəstək olmaq məqsədilə ən yaxın zamanda 5 xarici ölkə universitetində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzlərini istifadəyə verəcək.Bu istiqamətdə ilk addım Çin Xalq Respublikasının Şanxay şəhəri yaxınlığında yerləşən Xudzou şəhərinin Dövlət Universitetində atıldı. ADU ilə elm və təhsil sahəsində geniş əlaqələri olan Xudzou Universiteti Çin ali təhsil müəssisələrinin TOP-350-liyinə daxildir, 20 mindən çox tələbəsi var. Geniş infrastruktura malik Xudzou Universitetində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzinin yaradılması üçün geniş bir məkan ayrılıb. Yaradılmış mərkəzdə Azərbaycanın dövlət atributları, Azərbaycanın tarixini, coğrafiyasını, etnoqrafiyasını, ədəbiyyatını, mədəniyyətini, dövlətçilik tarixini, hazırda dünya birliyində tutduğu mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən kitablar, görkəmli rəssamlarımızın rəsmlərindən ibarət toplular, xalq və bəstəkar musiqisi toplanmış albomlar yerləşdirilib. Azərbaycana olan sonsuz rəğbət hissini atdığı hər addımda göstərən Hudzou Universitetinin prezidenti professor Zhang Liqin mərkəzin açılışından əvvəl keçirdiyi rəsmi qəbulda rəhbərlik etdiyi universitetdə belə bir mərkəzin açılmasının Çin-Azərbaycan münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına səbəb olacağına əminliyini bildirdi. Mərkəzin açılışı üçün Çinə səfər edən Azərbaycan Dillər Universitetinin nümayəndələri də öz növbəsində Hudzou Universitetinin prezidentinə göstərdiyi isti münasibətə və Azərbaycana olan sevgisinə görə ona minnətdarlıqlarını bildiriblər.Mərkəzin rəhbəri Azərbaycan Dillər Universiteti tərəfindən təyin ediləcək. Mərkəz Azərbaycanın Çində tanıdılması üçün öz hərtərəfli fəaliyyətini müxtəlif dəyirmi masalar, təqdimatlar, tədbirlər, konfranslar keçirməklə, həmçinin “Azərbaycan multikulturalizmi” fənnini Hudzou və Çinin başqa universitetlərində tədris etmək istiqamətində quracaq. Artıq “Azərbaycan dili və mədəniyyəti” Mərkəzi Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda ADU-nun 2018-ci ilin may ayında keçirəcəyi Beynəlxalq konfransın Çinin Hudzou Universitetində təşkil olunacaq bölməsinin hazırlıqlarına başlayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info