“Gənclər evi” sosial xidmət şəbəkəsinin yaradılaraq istifadəyə verilməsi önəmli addım idi”
Tarix: 19.12.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


“Gənclər evi” sosial xidmət şəbəkəsinin yaradılaraq istifadəyə verilməsi çox önəmli bir addım idi. Bu proses ölkənin demək olar, bütün regionlarını əhatə edib. Lakin bu şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı mövcud potensialdan xeyli aşağıdır”. 
Bunu Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev “Azərbaycan hökuməti ilə birgə BMT-nin Gənclər Evlərinə dair birgə təşəbbüsü” layihəsinin təqdimatında çıxışı zamanı deyib.
 
Şöbə müdiri bildirib ki, regionlarda bir çox gənc bu evlərin fəaliyyətindən xəbərsizdir: “Bu amilləri nəzərə almalıyıq. Artıq gündəlikdə “Gənclər evi”nin effektivliyi və onların dayanıqlılığının təmin olunması dayanır. Məlumdur ki, region gənclərinin bəzi zərərli vərdişlərə, müxtəlif ziyanlı qrupların təsiri altına düşməsi məhz asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir. Gəncləri zərərli vərdişlər, radikalizm, ekstremizm və bu kimi digər neqativ hallardan qorumaq üçün maarifləndirmə ilə yanaşı, onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir. Hər regiona xas xüsusiyyətlər, adət-ənənələr nəzərə alınmaqla müvafiq proqramın tərtib olunması, peşəkar rəhbər və komanda tərəfindən koordinasiya olunması “Gənclər evi”nin effektivliyini artırmağa kömək edəcək”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info