Frankfurtda evsizlər cəzalandırılacaq
Tarix: 19.12.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Bəzi ölkələr özlərini demokratik inkişaf yolunda nümunəvi model, iqtisadi inkişafda ən yüksək göstəricisi olan dövlət hesab etsələr də, təcrübə göstərir ki, bu, heç də belə deyil. Onlar öz daxillərində cərəyan edən iqtisadi proseslərə münasibət bildirmədən, digər ölkələri zəif iqtisadi göstəricilərinə görə ittiham edirlər. Mövcud faktlar isə həmin ölkələrdə real vəziyyətin necə olması barədə aydın təsəvvür yaradır. Bəziləri Avropaya ideal region kimi baxırlar, halbuki onlar da problemlərdən xali deyil. Belə ölkələrdən birinə nümunə kimi bu gün Almaniyada baş verən prosesləri göstərə bilərik.
Frankfurtda küçələrdə yatdıqlarına görə, evsiz insanların cəzalandırılması gözlənilir. Digər tərəfdən, son illər Almaniyada evsizlərin sayı artır. Odur ki, Almaniyanın maliyyə mərkəzi olan Frankfurt şəhərində artıq cəmiyyətə açıq sahələrdə yatan evsizlərə cəza verilməsi gözlənilir. Avropa Mərkəzi Bankı və bir çox maliyyə təşkilatının olduğu şəhərdə göydələnlərin yanındakı küçələrdə yatan evsizlər böyük bir təzad təşkil edir. Qərar, Almaniya prezidenti Frank-Walter Steinmeierin ölkədəki evsizlər üçün daha yaxşı dəstək çağırışı etməsi ilə eyni dövrə təsadüf edir. “Frankfurter Rundschau” qəzetinin yaydığı xəbərə görə, yeni tədbir çox sayda bələdiyyə məclis üzvü tərəfindən qəbul olunub. Səlahiyyətlilər cəzanın məbləği haqqında şərh verməyib. Ancaq cəza dərhal ödənilmədikdə onun artırılması planlaşdırılır.
Plana qarşı çıxan isə Solçu Partiyanın parlament üzvləri olub. Baş nazir Angela Merkelin lideri olduğu Xristian Demokrat Birliyinin məclis üzvü Christoph Schmitt şəhərdə evsizlər üçün bir çox sığınacaq yeri və xidmət nöqtəsi olduğunu söyləyərkən, Yaşıllar Partiyasından olan Beatrix Baumann da bu xidmətlərin bir çox evsiz tərəfindən "təəssüf ki," istifadə edilmədiyini deyib.
Sol partiyalı məclis üzvü Astrid Buchheim evsizlərin deyil, şəhərdəki yoxsulların problem olduğunu müdafiə edib. Şəhər polisinin nümayəndələri isə evsizlərə bir neçə dəfə xəbərdarlıq ediləcəyi təqdirdə, cəzanın veriləcəyini söyləyib.
Qeyd edək ki, 2016-cı ildə Almaniyada evsizlərin sayı 2014-cü illə müqayisədə təxminən 150 faiz artıb. Almaniya Evsizlərə Yardım Dərnəyinin rəhbəri Tomas Specht, paytaxt Berlində verdiyi açıqlamada Almaniyada evsiz insanların sayının 2016-cı ildə təxminən 860 min olduğunu söyləyib. Specht 2018-ci ildə evsizlərin sayının 1,2 milyona çatacağını proqnozlaşdırır. O qeyd edib ki, bu rəqəmlərə ölkəyə gələn və evi olmayan qaçqınlar da daxildir. 2016-cı ildə evsiz olan qaçqınların sayının təxminən 440 min nəfər olduğunu deyən Specht, evsizlərin böyük əksəriyyətinin kollektiv şəkildə qaldığı yerlərdə müvəqqəti yerləşmə imkanı tapdığını söyləyib. Specht, sığınacaq imkanı olmayan və küçədə yaşayan evsizlərin sayının 2016-cı ildə 2014-cü ilə nisbətən təxminən 33 faiz artaraq 52 min nəfərə çatdığını bildirib. O, 2016-cı ildə evsiz uşaqların nisbətinin 8 faiz, qadınların isə 27 faiz olduğunu söyləyib.
2018-ci ilə qədər evsizlərin sayının 1,2 milyona yüksələcəyinin səbəbini bu günə qədər ev problemi ilə bağlı lazımi tədbirlərin görülməməsindən qaynaqlandığını deyən Specht, Almaniyada yanlış mənzil siyasətlərinin həyata keçirildiyini vurğulayıb. Specht, xüsusilə böyük şəhərlərdə mənzil kirayəsinin artdığını və sosial evlərin sayının azaldıldığını bildirib.
Dərnəyin sədr müavini Werena Rosenke də, federal hökumət və əyalətlərin tədbir almadığı təqdirdə önümüzdəki illərdə evsizlərin sayının daha da artacağı ilə bağlı xəbərdarlıq edib. Rosenke küçələrdə yaşayan 52 min evsiz insan üçün ləyaqətinə uyğun evlərin tikilməsinin lazım olduğunu deyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Kilsə atəşə tutuldu-3 ölü
22.05.2019
Rusiyada terror aktı törətməyə hazırlaşan silahlılar zərərsizləşdirilib
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info