Litvada AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir
Tarix: 19.12.2017 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvadakı Azərbaycan diaspor təşkilatları silsilə tədbirlər keçirməyə başlayıb. Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərçivəsində Vilnüsdə beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Palitra”ya bildiriblər ki, layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.
Oktyabr ayında Litvanın Varena rayonu Merkine qəsəbəsindəki Vintsas Kreve adına gimnaziyada Litva dövlətinin bərpa edilməsinin qarşıdan gələn 100 illik yubileyinə və Litva ədəbiyyatının məşhur klassiki, 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olmuş Vintsas Kreve-Mitskəviçyusun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Litva Ədəbiyyatı və Folkloru İnstitutu tərəfindən milli dil, ədəbiyyat və tarixi üzrə pedaqoji mütəxəssislər üçün təşkil olunmuş bu konfransda Azərbaycan və Baltik xalqlarının ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələrinin tanınmış tədqiqatçısı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri və V. Kreve-Mitskəviçyusun Bakıdakı diplomatik fəaliyyəti ilə bağlı çıxış edib.
Sonra bu mövzunun davamı olaraq Litvanın “Delfi” xəbərlər portalında Mahir Həmzəyevin rus dilində hazırladığı “Litvanın Bakıdakı konsulu V. Krevenin verdiyi “həyat vizaları”” başlıqlı tarixi essesi dərc olunub. Esse həmçinin, litvaca nəşr edilən nüfuzlu “Kulturos barai” jurnalında dərc olunub.
Bundan başqa, Litva Yazıçılar İttifaqının “Metai” aylıq bədii dərgisinin 2017-ci ilin noyabr-dekabr aylarında çapdan çıxmış 11-ci və 12-ci saylarında Mahir Həmzəyevin bu mövzuda daha bir geniş tədqiqat işi – litvalı yazıçı, dramaturq, pedaqoq və konsul Vintsas Krevenin Cümhuriyyət dövründə Bakı şəhər Dumasının üzvü və Litva konsulu olaraq burada göstərdiyi ictimai-siyasi, kulturoloji və təşkilati fəaliyyəti haqqında tarixi oçerkləri dərc olunub. Tədqiqatın növbəti hissəsi jurnalın 2018-ci ilin yanvar buraxılışında işıq üzü görəcək. Həmçinin bu materiallarla bağlı Vilnüsdə Litva Yazıçılar İttifaqının klubunda ölkənin yaradıcılıq ittifaqları və akademik dairələri təmsilçilərinin iştirakı ilə gələn ilin yanvar ayında “dəyirmi masa”nın keçirilməsi və ətraflı fikir mübadiləsi çərçivəsində tarixi-kulturoloji müzakirələrin aparılması planlaşdırılır.
Bu tədbirlərlə yanaşı, eyni zamanda “Facebook” sosial şəbəkəsində Litva ictimaiyyətini Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, eləcə də həmin dövr Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin tarixi ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info