“Bakcell“ əlillərin işlə təminatı ilə bağlı kvotanı artıqlaması ilə yerinə yetirib
Tarix: 19.12.2017 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


"British Council" təşkilatının, "Bakcell" şirkətinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslər iş dünyasında” mövzusunda konfrans keçirildi. Tədbirdə bu sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq mərkəzlərinin nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi biznes müəssisələrini və işəgötürənləri bir araya gətirərək iş dünyasında əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yerli və beynəlxalq təcrübə barədə məlumatı bölüşməkdir.
"British Council"un Proqramlar üzrə direktoru Nigar Baimova bildirdi ki, bu təşkilat bütün dünyada bərabərliyi, müxtəlifliyi və inklüzivliyi təbliğ edir və fəaliyyəti müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşılan və hörmətli münasibətlərin yaradılmasına yönlənib. Təşkilatın məqsədi hər bir fəaliyyətində müxtəlifliyə dəyər verərək, bərabərliyi və inklüzivliyi təbliğ etməkdir. "British Council" Azərbaycanda inklüzivliyi təbliğ edən bir neçə layihə həyata keçirib. "British Council" tərəfindən əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair yeni proqrama start verilib. Proqram "BP-Azerbaijan" şirkəti tərəfindən dəstəklənir. Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlifyönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamətlər üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək. Ümumilikdə proqramdan faydalanmaq üçün 100 nəfər əlilliyi olan gəncin işlənib hazırlanmış meyarlar əsasında seçilərək proqramda iştirakı nəzərdə tutulub. Proqram çərçivəsində gənclər ingilis dili, kompüter və sosial bacarıqlar ilə bağlı təşkil olunan təlim sessiyalarında iştirak edəcək.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirdi ki, Azərbaycanda 624 min nəfər əlilliyi olan şəxs var: “Onlara hər il dövlət büdcəsindən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər il 82 milyon manat ödənilir”. Onun sözlərinə görə, son statistikaya əsasən, Azərbaycanda əlil şəxslərin sayı əhalinin 6,3%-nə bərabərdir. "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15%-i əlildir", - deyə o vurğulayıb. Qurum rəsmisi əlillərin məşğulluğu sahəsində problemlərə də toxunub. Şöbə müdiri deyib ki, hazırda 32,5 min nəfər əlilliyi olan şəxs çalışır. Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 350 min nəfəri əməkqabiliyyətlidir. E.Süleymanov bildirdi ki, əlillərin məşğulluğu vacib komponentdir və nazirlik də layihə çərçivəsində köməyini əsirgəməyəcək.
Britaniya səfirliyinin nümayəndəsi Ceyms Holder bildirib ki, layihənin əsas məqsədi proqram iştirakçılarının öz potensialını və cəmiyyətdə oynayacağı rollarını gücləndirməkdir.
Konfransda  çıxış edən "Bakcell" MMC-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəhbəri Süheyla Cəfərova bildirdi ki, "Bakcell" şirkətinin korporativ sosial məsuliyyətinin əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya olunması və onlar üçün bərabər imkanların təmin olunmasıdır. Mobil operatorun rəsmisi bildirdi ki, bu layihə ilə şirkət əlillərin əmək bazarına inteqrasiyasına kiçik də olsa töhfə verəcək: “Hədəf auditoriyası arasında əlilliyi olan insanlar xüsusi paya malikdir. Biz 10 ilə yaxındır ki, bu istiqamətdə layihələr həyata keçiririk. "Bakcell" dövlət tərəfindən əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı təyin olunmuş kvotanı tamamilə yerinə yetirib və bu göstərici hətta daha artıq olub. Bu sahədə əsas tərəfdaşlarımızdan biri UAFA təşkilatıdır ki, bu təşkilat əlilliyi olan uşaqlarla çalışır. İndiyədək Bakı ilə yanaşı Gəncə və Xaçmazda yüzlərlə uşağın bu layihələr vasitəsilə cəmiyyətə inteqrasiya olunmasına, müəyyən kurslarda təlimlərdə iştirak etməsini təmin etmişik və gələcəkdə həmin uşaqlar üçün müəyyən mənada iş imkanlarının yaradılmasına xidmət edəcək".
S. Cəfərova "British Council" təşkilatına bu layihəni dəstəklədiyi üçün təşəkkür edərək qeyd etdi ki, "Bakcell" şirkətinin "British Concil" ilə müəyyən layihələrdə əməkdaşlığı olub: "Bu, birbaşa əlilliyi olan şəxslərlə bağlı olmasa da, orta məktəb şagirdlərinin fiziki-psixoloji sağlamlığını əhatə edən layihə olub".
Şirkət rəsmisi əlavə etdi ki, "Bakcell" ötən il UAFA ilə birgə əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiya ilə bağlı seminarlar təşkil edib: “Müşahidə etmişik ki, bir çox hallarda böyük qabiliyyəti və bacarığı olan insanlar üçün psixoloji baryerlər var. Birinci növbədə, bu baryerlər ailələr tərəfindən yaradılır. Onlar imkan verməli, onların hər hansı kurslara və işə getməsinə cəhd göstərməlidir. Hesab edirəm ki, psixoloji baryerlərin aradan qaldırılması ciddi məsələdir. Bu cür qabiliyyətli insanlar əmək bazarına inteqrasiya olmalıdırlar".
Paralimpiya çempionu İlham Zəkiyev isə çıxışında ölkədə əlil insanlara diqqət və qayğı göstərildiyini bildirdi. Özünün təhsil alması ilə yanaşı, həm də Olimpiya Komitəsində çalışdığını deyən İ.Zəkiyev qeyd etdi ki, əlil insanların çalışması üçün heç bir sərhəd yoxdur.
Birləşmiş Krallığın eksperti Mark Qray isə “Əlillliyi olan şəxslərin işə götürülməsi Birləşmiş Krallıq perspektivi” mövzusunda çıxış edərək bildirdi ki, BK-da təxminən 13,3 milyon əlilliyi olan şəxs mövcuddur ki, 3,5 milyon əlilliyi olan şəxs işlə təmin olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info