Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi geniş qeyd olunacaq
Tarix: 20.12.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nınA.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Prezident Sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda elmi konfrans keçirilib.AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, ölkəmizdə sərəncama əsasən Şərqdə ilk parlamentli respublikanın – AXC-ninyaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunacağını bildirib.AXC-nin yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən danışan akademik müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizinqurulmasında və inkişafında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb. Respublikamızın dövlət müstəqilliyinin tədqiqində AMEA-nın Tarix İnstitutunun gördüyü işlərdən danışan İsa Həbibbəyli bildirib ki, bu elm müəssisəsində AXC-nin tarixinə dair elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib. Xalqımızın bu şərəfli tarixi dövrü barədə hazırlanan ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” isə bu işlərin içərisində xüsusi yer tutur.Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Şərqdə ilk demokratik dövlət dəyərlərini yaratmış AXC-nin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzminin nümayişindən danışıb. Azərbaycanın bütün Şərq üçün nümunə göstərdiyini vurğulayan Yaqub Mahmudov deyib: “Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb”.İnstitutun direktoru bildirib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.Sonda çıxış edən tarixçi alimlər diqqətə çatdırıblar ki, AXC tariximizin şərəf səhifəsidir. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz AXC dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb
19.06.2019
Macarıstan gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi keçiriləcək
19.06.2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info