Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb
Tarix: 20.12.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Sloveniyada Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xorvatiyadakı səfirliyinin və Avstriyadakı səfirliyinin Sloveniyadakı ofisinin əməkdaşları, Xorvatiya-Azərbaycan və Sloveniya-Azərbaycan dostluq cəmiyyətlərinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri Mehdi Hüseynzadənin anadan olmasının ildönümü ilə əlaqədar onun dəfn olunduğu qardaşlıq məzarının yerləşdiyi Nova Qoritsa şəhərinə gediblər.
Zaqrebdəki səfirliyimizin və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən səfər zamanı nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidənin önünə əklil qoyublar. Sonra Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeylə tanışlıq olub.
Sloveniyadan və Xorvatiyadan olan qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Mehdi Hüseynzadənin keçdiyi qəhrəmanlıq yolundan söz açıb. O bildirib ki, Xorvatiya və Sloveniya ictimaiyyətinin qəhrəmanımızın xatirəsinə göstərdiyi ehtiram əlaqələrimizi daha da möhkəmləndirib.
Daha sonra Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri çıxış edərək Mehdi Hüseynzadə ilə bağlı fikirlərini bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info