Qəbələ Fındıq Emalı Zavodunun məhsulları Avropa ölkələrinə ixrac olunur
Tarix: 20.12.2017 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Fındıqçılıq Qəbələnin iqtisadiyyatında aparıcı yerlərdən birini tutmaqla yanaşı, həm də rayon əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Kəndlilər yetişdirdikləri məhsulun bir hissəsini rayonda fəaliyyət göstərən Qəbələ Fındıq Emalı Zavoduna təhvil verirlər. Müəssisəyə Oğuz, Zaqatala və Qax rayonlarından da fındıq gətirilir.
Bu emal müəssisəsinə qəbul olunan qabıqlı fındıq, ilk növbədə, təmizlənir, çəkilir, laboratoriyada məhsulun keyfiyyəti və nəmliyi yoxlanılır. Təmizlənmə sahəsində fındıq ləpəsinin içindən standarta uyğun olmayan, cürük, yarı bölünmüş ləpələr və digər qarışıqlar seçilib götürülür. Qablaşdırma sahəsində isə təmizlənən fındıq ləpəsi polietilen vakuum paketlərə qablaşdırılır. Təxminən 200 nəfərin işlədiyi müəssisədə saatda 700 kiloqram fındıq qovuran, duzlayan, qovurulan fındığı doğrayan, doğranmış fındıq üçün ələk sistemi avadanlıqları quraşdırılıb. Bütün bu məhsullar metal detektorlardan keçərək qablaşdırılır.
Hazır məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə ixrac edilir. İxrac olunan məhsullar “ekoloji təmiz məhsul” kodu altında satılır. 2005-ci ildən fəaliyyət göstərən müəssisədə fındıq ləpəsindən püre, şokolad kremi, duzlu və şəkərli fındıq ləpəsi, üzərinə şokolad çəkilmiş fındıq ləpəsi və digər məhsulların hazırlanması da nəzərdə tutulur. Bu məhsullar da MDB və Avropa ölkələrinə ixrac ediləcək.
Rayonda fındıqçılığın inkişafına uyğun olaraq zavodun gücü daha da artırılacaq. Ötən il Qəbələdə 900 hektar sahədə yeni fındıq bağı salınıb. Həmçinin əlavə olaraq 600 hektar sahədə yeni fındıq bağlarının salınması üçün torpaqlar müəyyənləşdirilib və il ərzində 270 hektar sahədə fındıq tingi əkilib.
Qeyd edək ki, hazırda Qəbələ rayonunda 3827 hektar fındıq bağı var. Bunun 3480 hektarı bar verəndir. Bu il bağlardan 8 min 600 tondan artıq məhsul götürülüb. Yığılan fındığın satışı ilə bağlı problem olmayıb. Bağbanlar fındığın bir kiloqramını 3 manata satıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info