SOCAR və “Statoil” əməkdaşlıq müqavilələri imzalayıblar
Tarix: 20.12.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıblar. Bu haqda SOCAR-ın saytına istinadən xəbər verilib.
SOCAR Tower-də SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. ``Qarabağ`` yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb.
SOCAR prezidenti R.Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti A.Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanıb. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.
İmzalanma mərasimində SOCAR prezidenti R.Abdullayev deyib: “Mütəxəssislərimiz məhsuldar çalışaraq, müsbət nəticələr əldə ediblər. Əsas prinsiplərin imzalanması iqtisadiyyatımıza yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir.”

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen deyib: “Azərbaycanla əməkdaşlığın uzun bir tarixi var. “Statoil” Azərbaycanda artıq 25 ildir, uğurla fəaliyyət göstərir. Norveç hökuməti “Statoil”un enerji layihələrinə böyük önəm verir”.

“Statoil” şirkətinin baş vitse-prezidenti A.Kuk enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayıb, AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirib. Sonda yüksək səviyyəli əməkdaşlıq üçün SOCAR-ın rəhbərliyinə və mütəxəssislərdən ibarət komandasına təşəkkür edib.

Qeyd edək ki, SOCAR Azərbaycan ərazisində neft və qaz sahələrinin işlənməsi, ölkəyə yeni xarici investisiyaların cəlb olunması üçün çalışmalarını davam etdirərək, uzun müddət tərəfdaşlıq etdiyi “Statoil” şirkəti ilə də bu istiqamətdə işləməkdədir. “Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info