Prezidentin köməkçisi: “Aqrar sektordan gözləntilər həddən artıq çoxdur”
Tarix: 20.12.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Həm dövlətin, həm də vətəndaşların kənd təsərrüfatından, aqrar sektordan gözləntiləri həddən artıq çoxdur. Azərbaycan Prezidenti tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, aqrar sahədə də sosial tərəfdaşlıq münasibətlərinin qurulması çox vacibdir”. Bu barədə Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, bu gün - aqrar siyasətin dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyən olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalaşmasına ciddi ehtiyac var: “Bu gün başqa sahələrdə bu və ya digər səviyyədə ekspert cəmiyyəti formalaşıb. Biz istərdik ki, kənd təsərrüfatı sahəsində də çox peşəkar ekspertlər olsun. Etiraf etmək lazımdır ki, biz heç də hər zaman aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar, aqrar istehsalat arasında əlaqə və əks əlaqəni uğurlu təmin edə bilmirik. Bir məşhur alim deyib ki, kənd təsərrüfatında bilik və informasiya çatışmazlığını gübrənin həcminin, texnikanın sayının, dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz. Bu, olduqca məntiqli fikirdir. Həqiqətən də müvafiq menecment, bilik, informasiya olmazsa, hər hansı resursla bu boşluğu doldurmaq olmaz. Digər sahələrdən fərqli olaraq, aqrar sahə sırf elmə bağlıdır. Elm olmadan bu sahədə ciddi dönüş etmək mümkün deyil. Buna görə, kənd təsərrüfatında elm bizi addım-addım müşayiət etməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 10 milyon manat ayrılıb
26.09.2018
Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək
26.09.2018
Putin Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək
26.09.2018
Süd məhsulları ixracı artacaq
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info