“Rəqs et!” layihəsinin təqdimatı olub
Tarix: 20.12.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan “Rəqs et!” layihəsinin təqdimatı keçirilib.
Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən “Rəqs et!” layihəsi Azərbaycanda yerli və beynəlxalq rəqslərin təbliğinə yönələn bir layihədir. Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət olan video çarx ərsəyə gətirilib. “Rəqs et!” layihəsinin ana hədəfi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır. Bundan irəli gələrək “Rəqs et!” layihəsi çərçivəsində yerli və əcnəbi gənclərin iştirakı ilə 10 müxtəlif rəqslər lentə alınıb. Hazırlanan video çarxda gənclərin istedadlarının üzə çıxarılması məqsədi ilə bu janrlar üzrə rəqslər oynanılıb: milli rəqs, Popping, electro dance, Break dance, Dance hall, Jazz-Funk, Concept, LA(elay), Shuffle. Sonda isə video çarxın KİV nümayəndələri, təşkilat nümayəndələri və gənclər üçün təqdimat mərasimi keçirilib. Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, Gənclər Fondunun bu fəaliyyətdə gənclərə, fərdi layihələrlə bağlı olan təşəbbüslərə dəstək olduğunu bildirib. Həmçinin sədr onu da qeyd edib ki, “İrəli” İctimai Birliyi də gənclərin layihələrinin, ideyalarının həyata keçirilməsində hər zaman onlara dəstək olur. Çıxışın sonunda sədr təşkilatın həyata keçirəcəyi “Milli Təcrübə Forumu” və forumun gənclərə  təhsil müddətində əldə etdiyi nəzəri biliklərin praktikada möhkəmləndirilməsi üçün ixtisasa müvafiq təcrübəyə yiyələnməyin zəruriyyətini aşılamaq, biznes və dövlət qurumlarının korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə təcrübə imkanı tanıyan və peşəkar ixtisas sahibi kimi yetişdirməyə maraqlı strukturlarda cari imkanlardan yararlanması üçün əlaqələrin möhkəmləndirilməsində şərait yaradacağı haqqında məlumat verib.
Rəqs insanlar arasında ən qədim, həm də ən dramatik ünsiyyət vasitələrindən biridir. O, insanın hiss və həyəcanlarını, yaşantılarını, psixoloji dərketmə funksiyasını, müstəqil düşünmə və kəşfetmə qabiliyyətini təzahür etdirən hərəkət növüdür. Hər bir xalqın mədəniyyətində önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin ən qədim və zəngin qoludur. Milli Azərbaycan rəqslərində xalqın özünəməxsusluğu, adət-ənənələri, inkişaf səviyyəsi əks olunur. Həmçinin beynəlxalq rəqslərdə özünəməxsus yer tutur və zənginliyi ilə seçilir. Bütün bunları nəzərə alaraq “Rəqs et!” layihəsini həyata keçirərək milli və beynəlxalq rəqslərin təbliğini aparmaq, istedadlı gənclərin üzə çıxarılmasında vasitəçi rol oynamaq da layihənin ana məqsədlərindəndir. 
Qeyd edək ki, layihənin ünvanlandığı əsas hədəf kütləsi rəqs sahəsində istedadı olan yaradıcı gənclərdir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info