ADU-da jurnalistika ixtisasının perspektivləri və beynəlxalq jurnalistikaya keçid
Tarix: 20.12.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda ali jurnalistika təhsili həmişə seçilən və kifayət qədər nüfuzu olan sənət istiqamətlərindən sayılmışdır, çünki tarixən cəmiyyətin özündə jurnalistikaya, xüsusən də, ciddi jurnalistikaya dərin ehtiram və hörmətlə yanaşılmışdır. Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni konsepsiyası formalaşmaqdadır. Əgər sovetlər dövründə peşəkarlıqla yanaşı, gələcək mütəxəssisin dünyagörüşünü, baxışlarını, fəlsəfi düşüncələrini vahid prizmadan formalaşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik təsisatlara yol açmış, sabahın jurnalistlərinə öz baxışlarını, müxtəlif ictimai-siyasi proseslərə fərdi yanaşma üsullarını formalaşdırmaq imkanı vermişdir. Ölkəyə daxil olan qəzet kağızının üzərindən son günlər əlavə dəyər vergisinin götürülməsi də, jurnalistlərin mənzillərlə təmin olunması da İlham Əliyevin mətbuata göstərdiyi qayğının əsl göstəricisidir ki, bunlar mətbuat işçilərinin rifah halının artırılmasına xidmət edir.
Azərbaycan Dillər Universitetində Jurnalistika ixtisası 6 ildir ki, Filologiya və Jurnalistika fakultəsində fəaliyyət göstərir. Bu sahədə yeni olsaq da, təcrübəmiz az olsa da, digər universitetlərdən həm bəhrələnirik, həm geri qalmamağa çalışırıq. Bu illər ərzində tanınmış jurnalistlər və jurnalistika ixtisası üzrə kitabları çap olunan müəlliflərlə görüşlər keçirilmişdir. 2015-ci il və 2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin aparıcısı Lalə Azərtaş, 2016-cı ildə AzTV aparıcısı Rövşən Məmmədov, 2017-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti direktor müavini Saleh Bağırov, “Gənclərin səsi” radiosunun direktoru Azər Nəzərov, BDU-nun müəllimi, “Beynəlxalq jurnalistika” kitabının müəllifi Həmid Həmidli Universitetimizin qonaqları olmuş və tələbələri maraqlandıran suallara cavab vermişlər. Radio dərslərində radionun tarixi ilə yanaşı, radio proqramlarının hazırlanması praktik formada həyata keçirilir. Ölkədəki FM-lər dərs zamanı dinlənilir, müqayisələr aparılır və eyni zamanda mövzuya uyğun müzakirələr keçirilir. Musiqi tarixi ilə bağlı auditoriya çəkilişləri olur. “Jurnalistin nitq mədəniyyəti” dərsində tələbələr təcrübəyə üstünlük verir, hazırladıqları məqalələr dərslərdə müzakirə edilir. Bu da diskusiyanın səlis olmasını formalaşdırır. KİV-in texnikası və texnologiyası dərsində kameralardan istifadə olunur. Peşakar kameraman Emin Eliyarlı və tanınmış jurnalist Orxan Fikrətoğlu da tələbələrlə dərs prosesində keçdiyi iş təcrübələri və əldə etdiyi nailiyyətləri bölüşmüşlər. “Radio və televiziyada praktik iş” dərsində tələbələr çəkilişlər edir, müsahibələr alırlar. Yekun qiymətləndirmə məhz hazırladıqları sujetlər əsasında olur. Tələbələrin nəzəri biliklərinin praktiki cəhətdən mənimsənilməsi üçün universitetimizdə fəaliyyət göstərən “AUL channel” studiyası və “Poliqlot” qəzetinin redaksiyasında da dərslər təşkil olunur.
Bundan başqa, tələbələrimiz universitetdən kənar keçirilən tədbir və sərgilərdə də iştirak edirlər. ADU-nun jurnalistika ixtisasının tələbələri hər zaman nailiyyətləri ilə fərqlənirlər. Xarici işlər Nazirliyinin mətbuat mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə, eləcədə millət vəkili Aydın Mirzəzadə ilə görüş təşkil edilmişdir, Türkiyə səfirliyinə səfərlər təşkil edilmiş və səfər çərçivəsində tələbələrimizin Türkiyədə kurs keçməyinı şərait yaradılmaları haqqında danışıqlar aparılmışdır. Tədris planları dəyişdirilmiş və ingilis dil saatları artırılmış və daim jurnalistlərlə görüşlərin təşkil olunması nizamlanmışdır. Ən maraqlı və önəmli məsələlərdən biri də bu il universitetimizin rektoru akademik Kamal Abdullayevin qərarı ilə “Təcrübədən əvvəl təcrübə” proqramına start verilmişdir. Bundan başqa, universitetimizdə yeni açılmış “Multikulturalizm” və “Folklorşünaslıq” mərkəzlərinin də jurnalistlərimizin inkişafını təmin etmək məqsədi ilə həyata keçirdiyi və keçirməyi planlaşdırdığı layihələr xüsusi önəm daşıyır.
Ümumiyyətlə, jurnalistika bölməsi Azərbaycanın peşəkar jurnalistlərinin əməkdaşlığına hər zaman ehtiyac duyur. "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir". Azərbaycan oxucusu, tamaşaçısı və dinləyicisinin dünyanın ayrı-ayrı region ölkələrindəki hadisələrdən operativ və bilavasitə xəbər tutmaları baxımından xaricdəki müxbir təmsilçiliyinin rolu olduqca böyükdür. Bu baxımdan Azərbaycanda beynəlxalq jurnalistikanın inkişaf etdirilməsi həddən artıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, eləcə də olkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə və təşkilatlarda mətbuat xidmətinə duyulan ehtiyac da bu işə məqsədyönlü istiqamət verilməsi zərurətini doğurur. "Beynəlxalq jurnalistika" ən əhəmiyyətli, maraqlı və daima müasir olan fənn hesab olunur. Beynəlxalq jurnalistika dövlətlərarası informasiya mübadiləsini və informasiya münasibətlərini əhatə etməklə dünya siyasətinin bir hissəsi kimi çıxış edir və dövlətlərarası ümumdünya və regional təşkilatların KİV-in inkişafı sahəsində fəaliyyətini əhatə edir. Müasir dövrdə multimedia və qlobal informasiya şəbəkələrinin sintezi nəticəsində "yeni media" (new media) sistemi formalaşmaqdadır və bu mənada İnternet-online jurnalistikanın beynəlxalq aspektləri hərtərəfli araşdırılmalıdır. Müasir dövrdə dünyada yeni geosiyasi şərait yaranmışdır və inteqrasiya meylləri gündən-günə daha da güclənir. Artıq heç bir dövlət qonşu ölkələrdən təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Hər bir ölkə bütün sahələrdə, o cümlədən, informasiya və özünüifadə azadlığı sahəsində yaxın və uzaq qonşusundan yararlanmağa çalışır. Hazırda Azərbaycan Respublikası da başqa ölkələrin tarixi təcrübəsindən hərtərəfli istifadə etməyi qarşısına bir məqsəd kimi qoymuşdur. Beynəlxalq jurnalistika dünya publisistikasını təhlil edir, xarici jurnalistlərin yaradıcılıq laboratoriyasını hərtərəfli araşdırır, media nümayəndələrinə müasir peşə sirlərinə yiyələnmək yollarını açıqlayır, yeni yaradıcılıq texnologiyasından, onun əlverişli forma və metodlardan istifadə etmək imkanlarını müəyyən edir. Azərbaycanda beynəlxalq jurnalistika problemlərinin araşdırılması və bu sahə üzrə mütəxəssis hazırlığına müstəqilliyimizin ilk günlərindən, yəni 1991-ci ildən Bakı Dövlət Universitetində başlanmışdır. Amma təəssüflər olsun ki, indiyədək bütöv bir əsərdə beynəlxalq jurnalistikanın konseptual əsasları elmi cəhətdən təhlil edilməmiş və ictimai, humanitar ixtisaslar sırasında onun yeri yalnız ümumi şəkildə müəyyənləşmişdir. Bu baxımdan da, ADU-da bu il ilk dəfə olaraq, qəbul planında təhsilin magistratura səviyyəsi üzrə beynəlxalq jurnalistika ixtisasına yer ayrılması nəzərdə tutulur. Düşünürük ki, bu həm ölkəmizin maarifçilik ideyalarının möhkəmlənməsində, həm də ölkədən kənar düzgün siyasətin aparılmasında və təqdimatlarda önəmli rol oynayacaq. Bugün bizim haqq səsimizi dünyaya çatdıran, beynəlxalq arenaya çıxa biləcək jurnalistlərə böyük ehtiyac var.
Vüsalə Agabəyli
Azərbaycan Dillər Universiteti, Filologiya və Jurnalistika fakültəsinin dekanı, fil.f.d., dosent





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info