“Paris Gallery”dən “Buz kimi endirimlər” kampaniyası
Tarix: 20.12.2017 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


“Paris Gallery” mağazasının rəhbəri Rasim Hacıyev: “300 manat və daha çox alış-veriş edənlər “Lamborgini” uda bilərlər”
Dekabrın 15-dən Bakıdakı “Paris Gallery” mağazasında Yeni il endirimlər kapmaniyasına start verilib. Yəni dekabrın 15-dən yanvarın 15-dək mağazada bütün məhsulllara 25%-dən 75%-dək endirimlər olacaq. Endirim faizi məhsulun növündən asılı olaraq dəyişəcək. Bundan əlavə, “Buz kimi endirimlər” adlı bu endirim kampaniyası çərçivəsində hər bir alıcı 300 manat və daha çox alış-veriş edəndə kupon alır və yanvarın 18-də bu kuponların uduşu keçiriləcək. Uduş tam obyektiv şəkildə barabanda kuponların qarışdırılması ilə keçiriləcək və kupon qazanmış hər bir müştərimiz bu uduşun keçirilməsi mərasiminə dəvət ediləcək. Uduşda 5 ədəd “Lamborgini” mobil telefonu oynanılacaq. Kupon qazanan hər bir müştərimizin bu telefonlardan birini udmaq şansı olacaq. Uduş mağazada keçiriləcək. Kuponu olub özü uduş mərasiminə gələ bilməyən müştəri əgər telefon qazanarsa, bu barədə ona bildiriləcək və qazandığı telefon ona çatdırılacaq. 
Bu barədə məlumat verən Bakıdakı “Paris Gallery” mağazasının rəhbəri Rasim Hacıyev onu da bildirib ki, gələn ilin yanvarından mağazalar şəbəkəsində 7 yeni kosmetika brendi də təmsil olunacaq və bu barədə artıq razılıq əldə olunub: “Bu brendlər çox da baha deyil və daha kiçik büdcə brendləri sayılır, bu baxımdan gəlirləri çox olmayan müştərilərimiz üçün də tam əlçatandır”. Bundan başqa “Paris Gallery” yeni ildən Bakıda fəaliyyət göstərən iki ticarət mərkəzində də təmsil olunacaq: “Bu ticarət mərkəzlərinin adlarını indidən açıqlamaq istəməzdik, amma 2018-ci ildən onlarda mağazalarımızın açılması ilə bağlı planımız var”.
Rasim Hacıyev onu da bildirdi ki, yanvar ayından başlayaraq, mediada aktiv və intensiv reklam və təbliğata başlayacaqlar. 
Qeyd edək ki, “Paris Gallery” mağazası şəhərin mərkəzində və çox rahat bir yerdə yerləşir. Belə ki, keçmiş Araz kinoteatrının yerində, Nizami küçəsi ilə yanaşı olan İslam Səfərli 3 ünvanında yerləşən mağaza 3 mərtəbədən ibarətdir. Mağazada “Giorgio Armani”, “Tom Ford”, “Burberry”, “Guerlain”, “Creed” kimi brendlərin ətirlərinin geniş seçimi təqdim olunub. Bakıda ilk dəfə təqdim olunmuş “Amorino”, “Cupid”, “Music de Parfum”,” Blend oud”, “Nasamat”, “Mood”, “Perfume Treasure” kimi eksklüziv və digər brendləri tapmaq mümkündür. Qeyri-adi və möhtəşəm ətirlər parfümeriya pərəstişkarları üçün böyük fürsət vəd edir. Həmçinin “Clinique”, “Estee Lauder”, “Lancome”, “Sisley”, “Yves Saint Laurent” və “Elemis” kimi aparıcı brendlərin klassik elit kosmetikasının təqdimatı da ayrıca cəlbedicidir. “Paris Gallery” mağazası ən yaxşı dünya brendlərindən ən son mövsümi kolleksiyaların dəbli aksessuarlarını və zərif saatlarını təqdim edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info