TƏBİBİN POETİK ETÜDLƏRİ
Tarix: 20.12.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Elşirin (Akif Təbib) “Anamın laylası bir
yaz yağışı” adlı kitabına ön söz əvəzi


“Anamın laylası bir yaz yağışı” adlı kitabın müəl¬lifi ömrünün müdriklik yaşındadır. Şeir əhli olan Təbib bu ki¬ta¬bın¬dakı könül pıçıltılarını atasının 100 yaşına, ilk şeirini ana¬sına ithaf edib. Bu, ibrət götürüləsi müdriklik dərsi¬dir: Göydə Allahın, Yerdə Ata-Anan.
Elə bu səbəbdən də kitabı əlinə alan hər kəs elə ilk səhifəni açarkən öz valideyn¬lərini göz önünə gətirə¬cək. Onların isti hə¬nir¬tisini, doğma nəfəsini duyacaq. “Ana¬mın laylası bir yaz yağışı” adı məhz bu duyğulardan naxışlanıb.
Bu kitabı Elşirin (Akif Təbib) oxucuları ilə ikinci gö¬rüşüdür. O, şairlik iddiasında olan qələm əhli deyil. Sadə¬cə bu dünya¬ya sığışmayanda, onun ağrı-acılarına dözməyən¬də, ictimai haq¬sız-lıqlarla barışa bilməyəndə, sabiryana dü¬şün¬cə¬¬lərə da¬landa, gözəlliklər seyrindən doymayanda, se-vincdən göylərin yeddi qa¬tına ucalanda, həya¬tın gər¬di¬şi¬ni dostlarla bölüşəndə, bir körpə nəfəsinə tapınanda ... ağ və¬rəqlər üs¬tündə poetik etüdlər edir. Rea¬list hadisələr föv¬qün¬də roman¬tik çalarlarla ovunmaq istəyən qəlbinin pıçıltılarıdır.
Hər halda bu kitaba giriş söz yazarkən oxuduğum - misralar arasından duyduğum nəfəs bu idi. Obrazların bədii-este¬tik cizgiləri ilə tanış olduqca, narahat qəlbin həyəcanını duymaya bilmirsən. Dünya¬nın min bir sirrinə nüfuz et¬mək istəyənlərin yaşam tövrü belə olub. Sətirlər arasında çırpına-çırpına qalır. Elə ki, nəyi axtardığına, niyə axtar¬dığına şahid olursan, müəllif düşüncələri qarşısında hey¬rətdə qalırsan.
Lirik “mən”in ana məhəbbəti, ana həsrəti, ana ağısı in¬sanı düşündürür, ürəyinin başına köz salır, tanış həsrət kimi. Fəxrəddin atanın ocağından ağ duvaqda pərvazla¬nan gözəl bir qıza xe¬yir-duası məlhəm olduğu kimi, həm də tərbiyə dərsidir –
Ərinə sədaqət, məhəbbət, dözüm,
Ayağı sayalı bərəkət apar.
– toy-düyünlə ərlər sırasına qatılan oğlun tale sevincini misralarla pıçıldaşır –
Oğul idin, bu gündən oldun ər də,
Əhdi-peymanın, haqq-sayın mübarək!
“Dövlətdə dəvə, övladda nəvə” payının dadından-du¬zundan doyulmazlığını çiçək kimi sətirlərə səpir.
Bu misraların ardınca “lirik mən”in öz xarak¬te¬ri, hə¬ya¬ta fəlsəfi-estetik baxışları, könlündə qur¬du¬ğu ərk qalasının sey¬ri-səfası ilə tanış olursan. Han¬sısa filosofun sözüdür: hər dərdin açarı sevgidir, eşqdir, aşiqlikdir. Elşirin sevdalandığı ünvan Vətəndir, torpaqdır, dağında-daşında bitən otdur, ağacdır, yarpaqlar arasından ürkə-ürkə boy¬lanan çiçək¬lər¬dir. Bu eşqin közü uca Allahdan gözünə-könlünə do¬lan nurdur, evində-ocağında yanan çıraqdır.
İçin¬də gizlətdiyin və elə ona da sığındığın kövrək, pün¬¬¬han hisslər aşiqlik məqamıdır. Bu dünyaya aşiq ol¬madan gözəl¬likləri görmək mümkün deyil. “Eşqdi, məhəbbətdi zinəti bu dünyanın” “dünya malı... ləlin eşqinə” düşmə¬yən şairin eşqi tanrı dərgahından, mənəvi saflıqdan boy atır. Bəli, o, “yüyənindən bərk tutduğu eşq”lə baş-başa qalaraq dünyanın dərkinə dolur.
Elə bu duruluqdur ki, şair cəsarətlə deyə bilir ki, “dön¬¬mədim öz əqidəmdən bir quru ad - sana görə”, yox¬sa “dolğun mənalı yaşayıb Elşir öz ömür payını”. Yaşa¬dığın ömrü saf-çürük edərkən bu nəticəyə gələ bilirsənsə, nə gözəl! Insan ömründə eşqin başqa bir taxtı da var: qəlbini ovlayıb “səni bəlaya salan” tənhalıq. Dünyanın, tə¬biətin, yerin-göyün sirr-sehrinə aşiq olub heyrətdə qal-maqla bəra¬bər, insanı özündən alan bir eşq çeşməsi də var –
Bülbül də nəğmə qoşar sevdiyi gülün eşqinə.
Amma bu dünyanın işi sevgiylə, aşiqliklə bit¬mir ki? Bunları duymaq üçün yaşadığın cəmiyyətə, ətrafda baş ve¬rən özbaşınalıqlara, insanlara zülm edənlərə, xə¬ya¬nətkar¬lıqlara, dərəbəyliklərə, insan həyatını alıb-sa¬tan¬lara biganə qala bilməzsən. Ya gərək dərviş ola¬san, ya cəmiyyət hadi¬sə¬lərinə baş qatıb sözünü de¬yə¬sən -
Məğrurluğun dəymir kimsəyə xeyri,
Heç kim insan tapmır özündən qeyri,
Hardan gəldi bizə bəla bilmirəm.
Ya da üsyan edib “mən belə dünyada qala bilmi¬rəm” – deyərək bayatıya düzəsən –
Dərdimizi yozan olsun,
Dərdə dərman yazan olsun.
Yarəbb, bir möcüzə göstər,
Müşgülümüz asan olsun.
O halda ümid qalır “gələcəyə gedən cığırlara, yollara”.
“Qardaşın necə adamdır?” – sualına müdriklərimiz be¬lə cavab verib: “Yol yoldaşı olmamışam”. Lirik “mən” illə¬rin, yolların sınağında bərkimiş, qranitləşmiş dostları¬na müna-sibətini lirik notlarla ifadə edir: Aşıq Sakit, Niya¬zi İdri¬soy, Nəsib Mirsaleh, Aşıq Ədalət Dəlidağ, şair Si¬ya¬fər, el sənətkarları – Könül Xasıyeva, Yusif Mustafa¬yev, Ağalar Bayramov... Onlarla ünsiyyətdə olarkən üzündə günə¬şin gülüşünü sezir. Onlardan birini itirəndə “dünya belə yara¬nıb” - deyə təsəlli axtaran şair içində göynəyən sözə tapı¬nır, bükülüb yumağa dönür –
Büdrəyər mətinlik, axsayar əzm,
Kövrəklik güc gələr tablaşmaz dözüm,
Donar dodağında gülüş, təbəssüm,
Yaxın dostu itirəndə.
O zaman dərddən ovunmaq üçün sazı sinənə basıb deyəsən ki, qardaş, “gəl, bir söz sən de, birini də mən” –
Aşıq Sakit: Boğan əsrlərcə haqqın səsini,
Kamanı inlədən kaman, buymuş.
Elşir: Itirib ağlını, haqqı nahaqdan
Düz seçə bilməyən divanə, buymuş.
“Camış çox yalvardı bir ğün Allaha” – özündən başqa kim¬səni görməyənlərə sabiryana gülüş lövhələridir, həcmcə kiçik, mənaca dərin “Kürzə”, “Milçək yığdı başına”, “Qa¬nadlı camışlar” şeirlərində tənqidi və satirik ruh qabarıqdır.
Psixoloji mənəvi çırpıntılar burulğanında dolaşan nasir müəllif mübarizliyin uca məqamı, mübarizələr fövqündə qazilikdən şəhidliyəcən gedilən yolun yenilməz gücünü epik lövhələrlə ştrixləmişdir. Bir yandan gəncliyin düşüncə¬lər məngəsində sıxılaraq faciəni qələmə alırsa, digər yanda Nəmrudların faciəsindən söz açır. Nəmrudluğa gedən yolun Mahirin mənəvi saflıq düşüncəsindən keçdiyinə şahid oluruq.
Elşirin (Akif Təbib) “Anamın laylası bir yaz yağışı” adlı kitabında qoşma, təcnis, deyiş¬mə, ağı-bayatı, mahnı, gözəllər vəsfinə qəzəllər, dodaqdəyməz, satira, hekayə, povest var - oxu və bir şair qəlbindən qopan tufana şahid ol!
Bu yazımın ruhu qarşınızdakı kitabdan pöhrə tutdu. Oradakı sözlərin işığından tutub, sətirlər, misralar arası gəzi¬şərək bir yarpaq söz demək istədim, deyə bildimsə, yenə də söz sənindir, istəkli oxucu!
Almaz ÜLVİ
Filologiya elmləri doktoru

Bakı, 27 noyabr 2017




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info