Azər Əmraslanov: “Kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”
Tarix: 20.12.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Kənd təsərrüfatı iqtisadiyyatın davamlı və çox mühüm şərtlərindən biridir. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı sinerji effekti verən bir sahədir. Başqa sözlə, kənd təsərrüfatı inkişaf etdikcə sənayenin digər sahələrinin də inkişafına şərait yaradır”.
Bu barədə Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi də məhz kənd təsərrüfatının inkişafından asılıdır: “Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi az qala milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik səviyyəsində olan bir məsələdir. Nəzərə almalıyıq ki, əhalimizin yarısı kəndlərdə yaşayır. Bu isə həm də o deməkdir ki, kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”.
Prezidentin köməkçisi deyib ki, məşğul əhalinin təxminən 38%-i məhz kənd təsərrüfatında cəmləşib. “BMT-nin hesablamalarına əsasən, kənd təsərrüfatı sahəsi yoxsulluğun aradan qaldırılması baxımından çox mühüm yer tutur. Belə ki, digər sahələrlə müqayisədə kənd təsərrüfatının təsir effekti 4 dəfə güclüdür. Beləliklə, kənd təsərrüfatı həm də sosial missiyanı yerinə yetirir. Bu gün kənd təsərrüfatında bizim çox böyük ehtiyatlarımız var”, - deyə A.Əmiraslanov vurğulayıb.
Onun sözlərinə görə, digər sahələrlə müqayisədə kənd təsərrüfatı sektoru investisiya cəlbi baxımından daha cəlbedicidir: “Bu isə onunla əlaqədardır ki, digər sahələrdə tələbat azaldığı halda istehsal azalırsa, kənd təsərrüfatı mallarına tələbat azalmır. Bu isə kənd təsərrüfatı sektorunun digər sahələrlə müqayisədə üstünlüyüdür”.
Prezidentin köməkçisi əlavə edib ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün dövlət bu sahəyə hər zaman dəstək verir. “Bu sahə ilə bağlı sığorta sisteminin qurulması xüsusilə aktualdır. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir: heyvandarlıq və bitkiçilik. Bu sahələrin bir-biri ilə düzgün uzlaşdırılması effektivliyin, səmərəliliyin artmasına səbəb olur. Heç bir halda heç bir sahəni digər sahəyə qurban vermək olmaz, hər iki sahənin maraqları qorunmalıdır. Bu məqam bizim dövlət siyasətimizdə daim nəzərə alınır. Kənd təsərrüfatı üçün əsas istehsal vasitəsi torpaqdır. Bu gün torpaqdan düzgün istifadə olunması bizim dövlət siyasətimizin prioritet siyasətlərindən biridir. Əgər biz müqayisə aparsaq, kənd təsərrüfatı digər sahələrlə müqayisədə sahələrarası rəqabətdə uduzur. Burada gəlirlilik səviyyəsi xeyli aşağı olduğundan dövlət davamlı olaraq öz dəstəyini verir. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə yanaşı, sözsüz ki, düzgün, əsaslandırılmış prinsipləri əldə rəhbər tutmalıyıq. Hesab edirik ki, yeni yaradılmış qurumlar öz fəaliyyətini bu prinsiplər əsasında quracaqlar. Bu prinsiplər bizi uğura aparan əsas amildir”,  - deyə o bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info