BANM ili yüksək nəticələrlə başa vurub
Tarix: 20.12.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələr tərəfindən ölkəmizdə fəaliyyət göstərən universitetlərlə bağlı aparılan araşdırmaya, tələbələr arasında keçirilən sorğulara əsasən, Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib.
BANM-dən bildirilib ki, araşdırma zamanı bu ali məktəbin maddi texniki baza və sosial infrastruktur nöqteyi-nəzərindən bütün universitetlərdən öndə olduğu müəyyən edilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, ən yüksək keçid balı (679 bal) məhz BANM-də qeydə alınıb. Ali məktəbdə proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib. BANM-in ölkəmizin ən yüksək keçid balına malik proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə, minimum bal 685 olub. DİM-in açıqlamasına əsasən, bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb. Builki nəticələrə görə, birinci qrup üzrə imtahan verən abituriyentlərdən 7-si 700 bal toplayıb və onların hamısı BANM-i seçib. Birinci qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord göstərici məhz bu ali məktəbdə qeydə alınıb. Belə ki, bu il BANM-ə qəbul olunanların 24-ü Prezident təqaüdçüsüdür. Cari il BANM-in ilk məzunlarının 94 faizi artıq işlə təmin edilib. Qalan 6 faiz isə ABŞ-ın və Avropa ölkələrinin, eləcə Azərbaycanın aparıcı universitetlərində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info