“UEFA tərəfindən ölkəmizdə üç təbii örtüklü meydança salınacaq”
Tarix: 20.12.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Bayıl Arena”da açılan yeni bazada bir komandanın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Gələcəkdə “Səbail” komandası da buradan istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 20-də təşkil olunan mətbuat konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
AFFA prezidenti deyib ki, baza UEFA-nın dəstəyi ilə inşa edilib. Maliyyə vəsaiti qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidir.
“Oyunların idman nəticəsinin manipulyasiyası ilə bağlı bizə məlumat verildi. UEFA hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidir. Keçən il bu barədə qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. “Keşlə”nin iki futbolçusunun və “Neftçi”nin bir məşqçisinin əməlləri barədə cinayət işi artıq prokurorluq tərəfindən başlanılıb”, - deyə Rövnəq Abdullayev əlavə edib.
AFFA-nın prezidenti bildirib ki, UEFA tərəfindən ayrılmış maliyyə ilə Sumqayıtda iki və Bakı Olimpiya Stadionunda təbii örtüklü meydança salınacaq. Region Liqasına maraq çox böyükdür. Azərbaycanı əhatə edən yarışlar keçiriləcək və beləliklə, futbolun inkişafına təkan verəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info