“Üçtərəfli əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəldik”
Tarix: 20.12.2017 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə razılığa gəldik ki, bu formatda görüşləri davam etdirək, əməkdaşlığı daha da genişləndirək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə edək.Bu fikri dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Elmar Məmmədyarov bildirib.Elmar Məmmədyarov görüşdə Fələstin məsələsi ilə bağlı da müzakirələrin aparıldığını deyib. Bildirib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasında qəbul olunacaq sənədin lehinə səs verəcək. Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq.Enerji sahəsində əməkdaşlığa toxunan nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək. Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info