UFAZ tələbələri Yeni il münasibətilə konsert poqramı ilə çıxış ediblər
Tarix: 20.12.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) qarşıdan gələn Yeni 2018-ci il münasibəti ilə “UFAZ-ın səsləri” adlı konsert proqramı keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez və digər tamaşaçılar tələbələrin çıxışlarını böyük maraqla izləyiblər.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen qonaqları salamladıqdan sonra, UFAZ-ın Geofizika mühəndisliyi üzrə təhsil alan tələbəsi və gecənin aparıcısı Zara Hacızadə (həmçinin Neft Mühəndisləri Cəmiyyətinin fəal üzvü), Sənan Nəcəfov (Kompüter elmləri ixtisası) və Aynur Cərrahovanın (Neft-qaz mühəndisliyi ixtisası) ifasında ilk solonu təqdim edib.
Məşhur “Hallelujah” mahnısının sədaları altında zalda işıqların söndürülməsi, qonaqların mobil telefonlarındakı fənərləri yandırması zalda xüsusi ab-hava yaradıb. Sonra fransız liseyinin direktoru Filip Sironun rəhbərlik etdiyi UFAZ-ın xor ansamblı çıxış edib. Xüsusi qonaq və “Filigan” təxəllüsü ilə tanınan fransız musiqiçisi Filip Qanier xor ansamblını gitarada öz ifası ilə müşayiət edib. Sonra isə geofiziklərdən ibarət kvintet skripka, piano və qitarada ifa etdikləri məşhur “Havana” mahnısı ilə qonaqları Kubanın əbədi yayına aparıb.
İlkin Səfərlinin qeyri-adi Bayatı Şıraz və Fikrət Əmirovun “Mən səni araram” improvizasiyası zalda xüsusi ab-hava yaradıb. Konsert Filiganın fərqli musiqi stillərini (Fransanın “La Marseillaise” himnindən tutmuş Azərbaycanın nağara motivlərinə qədər) virtuoz ifası ilə başa çatıb. Konsertdən sonra bütün tələbələr onlara yeni il hədiyyələrini açmaq üçün əsas zalda toplaşıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info