Daha bir sərnişindaşıma şirkətinin istehsalat bazası yaradılıb
Tarix: 20.12.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən daha bir belə müəssisə istifadəyə verilib.
“Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki qulluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb. Həmçinin istehsalat bazasında yeməkxana, sürücülərin istirahət otağı, yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
“Ayşən LTD”nin direktoru İradə Əliyeva bildirib ki, buradakı sürücülər hər ay mərhələli şəkildə Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərdən keçirlər. Onların sərnişinlərə peşəkar xidmət göstərilməsi təmin edilir. Burada 220 nəfər işçi çalışır. Bundan əlavə gələn il şirkət öz bazasına 70-ə yaxın yeni avtobuslar əlavə etməyi və kart sisteminə keçməyi planlaşdırır.
Məlumat üçün bildiririk ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər tərəfindən 7 istehsalat bazası (qarajlar) təşkil edilərək istismara verilib. Müasir tələblər səviyyəsində yaradılan bazalar maddi-texniki avadanlıqlarla təchiz edilib. Qeyd edilən istehsalat bazaları üzrə ümumilikdə 37 marşrut xətti 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, daşıyıcı şirkətlər istehsalat bazalarını qoyulan tələblərə uyğun qurması ilə bağlı agentliyinin tələbini birmənalı şəkildə yerinə yetirməlidir. Bu sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də hazırda sərnişindaşımada mövcud olan bir çox problemlərin həlli baxımından vacib amildir. Bu tələbə əməl etməyən daşıyıcıların paytaxtın marşrut şəbəkəsində fəaliyyəti məhdudlaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info