“Uğur qazanmaq üçün psixoloji cəhətdən güclü olmalısan”
Tarix: 20.05.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


İsmayıl Vəliyev: “Ən böyük arzum daha çox insana yardım edə bilməkdir”

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə müxtəlif yeni sahələr yaranmağa başladı. Bunlardan biri də fərdi inkişaf və liderliklə bağlı təlimçilik sahəsidir. Buraya insanların uğur qazanmasının yolu, iradəni möhkəmləndirməyin üsulları, psixoloji sağlamlıq və s. aiddir. Ümumiyyətlə, sözügedən sahəni “Uğurun psixologiyası” da adlandırmaq olar. Müsahibimiz bu yeni yaranan sahədə ilk mütəxəssislərimizdən olan İsmayıl Vəliyevdir. O, 1984-cü ildə Gədəbəy rayonunda dünyaya gəlib. Orta təhsilini Gədəbəydə alıb, daha sonra Xəzər Universitetində Humanitar və sosial elmlər fakültəsində amerikaşünaslıq ixtisası üzrə ali təhsil alıb. Bundan əlavə Türkiyənin Boğaziçi Universitetinin Sosiologiya fakültəsində də təhsil alıb. Hazırda “ANC GROUP”da İnsan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. Bununla yanaşı, fərdi inkişaf və liderlik sahəsində 4 ildir ki, təlimlər keçirir. Təlim və seminarlarında bu günə kimi 5 mindən çox fərqli yaş qrupundan və fərqli sahələrdən insanlar iştirak edib. Müsahibəmizi təqdim edirik:
-Hazırda çalışdığınız sahə Azərbaycanda yeni sahədir, lakin bu sahəyə diqqət günbəgün artmaqdadır. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu sahəyə olan diqqətin və marağın artdığına mən də şahid oluram. Fikrimcə, bunun bir neçə səbəbi var. İlk növbədə yeni bir sahədir, yəni insanlar eşitməyə adət etdikləri şeylərdən fərqli bilgilər eşidirlər, oxuyurlar. Digər bir səbəb və bəlkə də ən önəmli səbəb isə bu bilgilərin insanlarımıza, xüsusilə də gənclərimizə xəyallarına çatmaq yolunda yenidən ümidlər verməsi, özlərinə olan inamlarını bərpa etməsi, gücləndirməsidir. Bununla yanaşı, haqqında bəhs etdiyimiz sahə insanlara həyatlarını istədikləri şəkildə davam etdirməyin yollarını öyrədir. İnsanlarda bir xəyal olur, bir də olduqları yer və bu sahə onlara olduqları yerdən xəyallarına çata bilmək üçün körpü rolunu oynayır. Daha doğrusu, o körpünü necə və nə ilə düzəldib xəyallarına doğru addımlayacaqlarını göstərir və buna görə də təbii olaraq maraq günbəgün artır. Əlbəttə ki, hər bir sağlam elm sahəsi kimi, mənim təmsil olunduğum sahənin də əsas vəzifəsi bizə müraciət edənlərə bütün hallarda əsl insan olmağın yollarını aşılamaq, onların mənəvi cəhətdən yüksəlişinə nail olmaqdır.
- Hazırda gənclərimizin psixoloji durumunu necə qiymətləndirirsiniz?
- Gənclərimizi 3 qrupa bölmək olar: Birinci qrup gənclər var ki, hansılar ki psixoloji durumları əladır və bunun səbəbi də fərqlidir. Səbəblər çoxdur, bunlardan bir neçəsini saysaq, onların ailələrindən aldıqları dəstək, düzgün dost seçimi və bunlar olmasa da, onların özlərinin sarsılmaz qətiyyəti və xə olursa olsun, bacaracam yanaşmasıdır.
İkinci qrupa aid olanların isə psixoloji durumları heç ürəkaçan deyil. Lakin bu həm yaxşı həm də pisdir. Yaxşıdır, ona görə ki bunların psixoloji durumunun pis olması əhatəsində olduqları mühitlə, olmaq istədikləri mühit və yer arasındakı boşluqdan qaynaqlanır. Bu boşluq qara dəlik kimi onların enerjisini, pozitivliyini sorub aparır. Çünki bu qrup gənclər bilirlər ki, onlar dəyişə bilərlər, özləri üçün sevdiyi sahənin arxasınca gedər, müvəffəq olar və uğurlu bir karyera qura bilərlər. Amma onların mühiti yəni ailə, dostlar, tanışlar, qohumlar düşüncə tərzi olaraq bunun əksi olan insanlardır və nümunə ala bilmək üçün ən yaxınındakılara baxdıqda sıfır nəticə ilə özünə dönür və hətta ürəyində bir yerdə mümkün olduğuna inanır, bir səs, pıçıltı ona bacaracağını deyir, lakin ətraf olmayacağını, alınmayacağını hayqırır və bu iki zidd cazibənin ortasında davamlı əks istiqamətlərdə yol alır.
Burada seçdikləri istiqamətdə addımlayanlar qarşılarına çıxacaq neqativliklərə görə vaz keçir və ömürlük şikayət musiqiləri oxuyacaq bir həyat tərzinə geri dönürlər, vaz keçməyənlər isə sonunda mütləq qalib gəlir və harizmatik uğurlara imza atıb digərlərinə nümunə olurlar.
Üçüncü qrupdakılar isə sürü psixologiyasının qurbanı olanlardır. Populyar olan nədirsə, onun arxasınca gedir, gündəmlərinə də onu yerləşdirirlər. Bunların ciddi bir həyat məqsədi də yoxdur. Onlar üçün özlərini önəmli hiss etmək, özünü insan kimi hiss etmək və təsdiqləmək üçün son model maşını olması və ya telefon işlətməsi, mövsumlük modaya uyğun marka geyimlər geyməsi kifayətdir. Bunları metroda, avtobusda, ümumiyyətlə, ictimai yerlərdə yerişləri, danışıqları, ümumiyyətlə, bədən dili, mimika və jestləri ilə çox tez tanımaq olur. Belə gənclər sonunda xoşa gəlməyən hallarla da rastlaşırlar. Yəni “mən də varam” demək üçün məqsədlərini bilmədikləri zərərli qruplara qoşulur, son nəticədə hansısa bir cinayəti törədərək ömürlərinin bir neçə ilini həbsxanada keçirmək məcburiyyətində qalırlar.
-Gənclərin uğur qazanmasında psixoloji durumun əhəmiyyəti nədən ibarətdir?
- Uğur qazanmaq üçün hər şeyiniz olsa, amma psixoloji olaraq kifayət qədər güclü və pozitiv olmasanız, böyük ehtimal uğursuz olacaqsız. Çünki qazandığımız uğurlarda psixoloji durumumuzun çəkisi ən azı 80%-dir, 20-25% isə texnikalar, metodlar alətlər və s. Nəhəng uğurlar qazanmış dahilərin, liderlərin, biznes titanlarının və digərlərinin həyatlarına baxsaq, görəcəyik ki, bunlarn böyük əksəriyyəti maddi resursrlardan məhrum olublar, ciddi bir ailə dəstəkləri də olmayıb, hətta aralarında ciddi xəstəlikləri, fizioloji əngəlləri olanlar belə, olub. Buna baxmayaraq, onların psixoloji olaraq bu iş üçün hazır və qərarlı olmaları bütün əngəlləri ayaqlarının altına alıb arzuladıqları zirvələri fəth etmək üçün bir vasitə olub. Zehin gücünü seçilmiş hər hansı bir hədəf üzərinə sarsılmaz bir qətiyyətlə tam konsentrasiya edən və uğur qazananadək qətiyyət göstərən insan heç bir əngələ görə yolundan dönməz və mütləq uğur qazanar.
Cəmiyyətdə çox eşidirik, hətta özümüz də çox vaxt deyirik: “Pulum olsaydı, dəstək verənim olsaydı, gənc olsaydım və ya yaşım az olmasaydı və s. uğur qazanardım”. Bunlar sadəcə olaraq bəhanələrdir. İnsan həqiqi mənada istədikdən sonra doğrudan da, tam gücündən istifadə edir və hər birimizdə olan bu gücün qarşısında bütün əngəllər qızmar Günəş atındakı qar kimi sadəcə əriməyə məhkumdur. Biz ölçülə bilməyəcək qədər güclüyük.
- Hazırda nə kimi fəaliyyətlər göstərirsiniz?
- Hazırda fərqli şirkət və firmalarda, təlim mərkəzlərində, QHT və fərqli tələbə və gənclər təşkilatlarında təlim və seminarlar keçirirəm, həmçinin jurnal, qəzet və müxtəlif saytlara məqalələr verirəm. Azərbaycanda ilk dəfə online seminarlar təşkil etməyə müvəffəq olmuşam. İnternetdə qısa 7-10 dəqiqəlik fərqli mövzularda video mühazirələrim olur. Hazırda iki kitab üzərində işləyirəm. Kitabların biri iyul ayında, digəri isə bir müddət sonra çıxacaq.
-Gələcək planlarınız nədir?
- Gələcək planlarım daha çox öyrənmək, yaxşıya doğru mümkün qədər dəyişmək, daha çox insana kömək edə bilməkdir. İnsanlara güclərini, potensiallarını və həqiqi mənada nəyə qadir olduqlarını göstərmək və onları buna inandırmaq da planlarıma aiddir. Fərdi inkişaf və liderlik sahəsində DNB (Dünyada Nömrə Bir) olmaq və xalqımızı bütün dünyada layiqincə təmsil edə bilmək ən böyük arzumdur.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info