Naxçıvanda Çillə mərasimləri qeyd olunur
Tarix: 20.12.2017 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Qədimlərdən insan öz ətrafında baş verən prosesləri, xüsusən də təbiət hadisələrini diqqətlə izləyib. Bu hadisələri onun yaşayışına, güzəranına necə təsir etməsini özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə olsa da, obrazlaşdırmağa çalışıb. Zaman keçdikcə müdrikləşən insan təbiət hadisələrinə daha dəqiq qiymət verib. Dekabrın 20-dən 21-nə keçən gecə Naxçıvanda qeyd edilən “Çillə” mərasimləri də min illərdən bəri formalaşmış milli dəyərlərimiz sırasındadır.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı Asəf Orucov AZƏRTAC-a bildirib ki, xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “Çillə” adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, “çillə” “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında ağırlıq, dərd mənalarında da başa düşülür. Çillə bayramı xüsusi qeyd edilər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülərdi. Qızlara, gəlinlərə çillə payı aparılardı.
Təbiətin ən ağır, soyuq, şaxtalı fəsli qışdır. Həyatı çətinliyə salan, sıxıntılarla imtahana çəkən qışın obrazı, heç şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qorxulu şəkildə canlanırdı. Elə buna görə də danışığımızda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin obrazı kimi ortaya çıxıb. Lakin insanlar tarixən bu çətinliyi də həmişə nikbinliklə, mübarizliklə, şən əhval-ruhiyyədə, bayram edərək qarşılayıblar.
Asəf Orucov deyib: “Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir. Çünki qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr qarpızı əvvəlcədən alıb saxlayırlar. Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilib ki, belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq mümkün olub. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplağı üzərində olmalı idi. Qarpız xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayıblar”.
Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa da bir işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki: “Ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum.
“Ordubad və Şərur rayonlarında yaşayan yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni Günəşli olsun”, - deyən Asəf Orucov qeyd edib ki, çillə axşamı qarpız kəsilməsi mərasimi “Çilləkəsdi” də adlandırılır. Qarpızı kəsməklə insanlar təbiətə təsir göstərmək istəyirlər ki, qış çox ağır, şaxtalı, sərt keçməsin, xəstəlik, qıtlıq yaranmasın.
Asəf Orucov onu da əlavə edib ki, bəzən bu bayram Zərdüştlüklə əlaqələndirilir. Bu, tamamilə yanlış fikirdir. Çillə bayramı xalq təqvimi ilə bağlı keçirilən bayramlardan biridir. Naxçıvanda qışla bağlı təqvim adətləri tarixin ilkin dövrlərində formalaşmaqla bir sıra xüsusiyyətlərinə görə digər türk xalqları ilə ortaq cəhətlərə malikdir. Naxçıvanda qışın bəzəyi olan qarın əhali arasında bilinən adları da var. Bunlar quşbaşı, çobanyarması, kəpək, qaryeyən, pürsək və sairdir.
Arzu edirik ki, yurdumuza qədəm qoyan qış özü ilə elimizə bolluq, ruzi-bərəkət gətirsin. Qoy, milli dəyərlərimizdən sayılan Çillə mərasimləri hər zaman yaşadılsın və heç vaxt unudulmasın.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info