İraq prezidentindən danışıqlara çağırış
Tarix: 21.12.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


İraqın prezidenti Fuad Məsum İraq Kürdüstanında əmək haqlarının ödənilməməsi səbəbindən etiraz aksiyaları keçirən sakinləri qanun pozuntusuna yol verməməyə çağırıb və dialoqa başlamaq barədə təklifləri dəstəkləyib. Prezident Bağdaddakı federal hökumətin və kürd regionu hökumətinin dialoqa hazır olmaları barədə bəyanatlarını “müsbət addım” kimi qiymətləndirib. Kürd icmasını təmsil edən Fuad Məsum kürdlərin hüquqlarının təmin olunmasına, vəziyyətin gərginləşməsini dayandırmağa və regionun hava blokadasını aradan qaldırmağa – Ərbildə və Süleymaniyyədə rəsmi Bağdad tərəfindən bağlanılan hava limanlarının fəaliyyətini bərpa etməyə çağırıb. Xatırladaq ki, dekabrın 19-da İraqın kürd muxtar regionunda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada azı 7 nəfər həlak olub, 80 nəfərdən çox insan isə yaralanıb. Etirazçılar Ərbil əyalətində İraq Kürdüstanının sabiq lideri Məsud Bərzaninin başçılıq etdiyi “Kürdüstanın demokratik partiyası”nın ofisini yandırıblar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info