Memarlar İttifaqının XIX qurultayı keçirilib
Tarix: 21.12.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar. Qurultayda Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş bir sıra tanınmış memarlara mükafatlar təqdim olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Memarlar İttifaqının XIX qurultayının iştirakçılarını təbrik edib. Qeyd edib ki, ötən 5 il ərzində Memarlar İttifaqı tərəfindən kifayət qədər böyük işlər görülüb. Memarlar İttifaqının təşəbbüs göstərdiyi və reallaşdırdığı onlarla mühüm layihə və müsabiqələr göz önündədir. Nazir vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin apardığı sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir ki, şəhər və kəndlərimizin siması dəyişir, yeni görkəm alır. Azərbaycan Respublikasının hər bir bölgəsində gedən yenidənqurma işləri - gözəl və müasir binaların, yolların tikintisi - memarlarımızın səyləri nəticəsində mümkün olub. “Memarlarımızın görəcək işlərinin əsas istiqamətlərindən biri də, məhz binaların müasirləşdirilməsindən, onların yeni formatda və insanlara daha rahat yaşayışı təmin etməkdən ibarətdir”- deyə Ə.Qarayev bildirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Azərbaycan memarlarının şəhərsalma sahəsindəki uğurlarından söz açıb. Sonra Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin təşkilatın 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabatı dinlənilib. Memarlar İttifaqının İdarə Heyətinin sədri vurğulayıb ki, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbir Azərbaycan memarlığının dünyada tanıdılması yolunda Memarlar İttifaqının atdığı mühüm addımlardan biridir. 2017-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bir qrup xarici qonaqlarla birgə Azərbaycan Memarlar İttifaqını ziyarət edərək, qurumun fəaliyyəti və memarlarımızın yaradıcılığı ilə tanış olub. İclasda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinə və Təftiş komissiyasına namizədlər irəli sürülüb. Elbay Qasımzadə qurultayda böyük yekdilliklə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çıxışında Elbay Qasımzadəni yenidən Memarlar İttifaqının İdarə Heyətinə sədr seçilməsi münasibətilə təbrik edib, onun ötən beş il ərzindəki fəaliyyətini və respublikanın şəhərsalma və memarlıq sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info