Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir
Tarix: 21.12.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Mogerini: "Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib"

Avropa İttifaqı (Aİ) Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir. APA-nın məlumatına görə, bu barədə Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında deyilir. Sənəddə bildirilir ki, Aİ 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bu yana insan itkilərinin 2016-cı ildə ən yüksək həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişəsinin qarşısını almaq tədbirlərini dəstəkləyir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini hesabatda bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən sonra çox şey dəyişib. O deyib ki, yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib: "Gənc insanların görüşməsi, səfər etməsi, biznesin inkişaf imkanları, insan haqlarının müdafiəsi, enerji sahəsində əməkdaşlığın güclənməsi üçün birlikdə daha çox imkanların axtarışında olacağıq”. Hesabatda deyilir ki, Azərbaycanla Aİ arasında aviasiya sazişi üzrə danışıqlar bitmək üzrədir. Bildirilir ki, danışıqlar 2017-ci ilin iyulunda bərpa olub. Hesabatda enerji sahəsində əməkdaşlığa da toxunulub: “Enerji təhlükəsizliyinin təminatı və enerji təminatçılarının diversifikasiyası məqsədilə Azərbaycanla Aİ arasında strateji enerji tərəfdaşlığı sahəsində irəliləyiş əldə olunub. Xüsusilə bu irəliləyiş “Cənub Qaz Dəhlizi” sahəsində baş verib. “Cənub Qaz Dəhlizi”nin bütün seqmentlərinin tikintisi uğurla gedir və Cənub-Qafqaz boru xəttinin Azərbaycanın və Gürcüstandakı hissəsinin genişlənməsi demək olar ki, bitib". Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han hesabatda bildirib ki, Aİ Azərbaycanda çoxşaxəli, güclü və inklüziv cəmiyyətin qurulmasına kömək etmək üçün yeni iqtisadi və sosial aktorların yaranmasını dəstəkləməyə hazırdır: “"Biz Azərbaycanın dayanıqlığın artırılması, xüsusilə iqtisadiyyatın diversifikasiyası sahəsindəki səylərini görürük. Biz dövlət administrasiyası və ədliyyə sahəsində islahatlara dəstək verməyə davam edəcəyik. Bu, qanunun aliliyini gücləndirəcək və Azərbaycanı investorlar üçün daha cəlbedici edəcək. Biz həmçinin sabahın çətinliklərinin öhdəsindən gəlmək sahəsində vacib bacarıqların inkişafı üçün vacib olan təhsil sahəsinə də dəstək verəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info