Ağcabədi və Ağsuda uşaq bağçası tikilir
Tarix: 21.12.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni binanın təməli qoyulub. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Çıxış edənlər ölkədə bütün sahələrdə, o cümlədən təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə tədbirlər uğurla davam etdirilir.Tədbir iştirakçıları uşaq bağçasının layihəsi ilə tanış olduqdan sonra binanın təməli qoyulub. İkimərtəbəli uşaq bağçasında qruplar üçün məşğələ və yataq otaqları, həmçinin musiqi, həkim və digər otaqlar yaradılacaq, bina istilik sistemi ilə təmin olunacaq.
Həmçinin qeyd edək ki, Ağsu şəhərinin Vidadi küçəsində 200 yerlik yeni uşaq bağçası–körpələr evi də tikilir. İnşa olunan yeni obyekt ikimərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Balacaların təlim-tərbiyəsi, rahatlığı üçün lazımi şərait yaradılacaq.Hazırda binanın dam örtüyü vurulur, elektrik sistemi qurulur. Uşaq bağçası-körpələr evinin gələn ilin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info