Oynaq xəstəliklərinin profilaktikası üçün qidalanma
Tarix: 21.12.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Son vaxtlar oynaq xəstəlikləri ən aktual problemlərdən birinə çevrilib. Təsadüfi deyildir ki, duzlaşma ilə əlaqədar kifayət qədər çoxlu müraciət və şikayətlər olur.
Paytaxtdakı 23 nömrəli poliklinikanın həkim-terapevti Aynurə Fərmanova xəstəliklə əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: "Hər bir orqan kimi oynaqların da normal fəaliyyəti üçün xüsusi qida maddələrinə ehtiyacı var, onlara kollagen və mikroelementlər aiddir. Kollagen qığırdaq, vətər, əzələ və dərinin elastikliyini təmin edən mürəkkəb quruluşlu zülaldır. Orqanizmdə sintez olunsa da, fizioloji olaraq 25 yaşdan sonra kollagenin sintezi azalır. Oynaqların kollagen tələbatını ödəmək üçün qida rasionu hindquşu və mal əti, yağsız balıq növləri və kəsmik, həmçinin yaşıl tərəvəzlərdə- kahı, kələm, xiyar, müxtəlif göyərtilər, kök və balqabaqla zəngin olmalıdır. C vitamini ilə zəngin meyvə-tərəvəzlər isə orqanizmdə kollagen sintezini sürətləndirir.
Milli mətbəximizin xörəklərindən kəllə-paça əsl kollagen deposudur. Həftədə bir dəfə onu menyuya daxil etmək oynaq xəstəliklərinin profilaktikası üçün əhəmiyyətli rol oynayır.
Qan təzyiqi yüksək olanlar dərisi soyulmuş hindquşu və yağsız mal ətini vam ocaqda mətləşənə qədər duzsuz bişirib onun bulyonuna dəfnə yarpağı, duz və istiot əlavə edib yeməklə kollagen ehtiyatını yüksəltmək olar”.
Oynaq xəstəliklərinin müalicəsi qidalanma ilə yanaşı aparılmalı olduğunu söyləyən həkim daha sonra söyləyib: ”Xəstəliyin profilaktikası üçün hərəkətli həyat tərzi keçirmək, gün ərzində orqanizmi, oynaqları şlaklardan təmizləmək üçün 2 litr təmiz su içmək, rejimlə az-az və tez-tez qidalanmaq, çoxkalorili şirniyyat məhsullarından az istifadə etmək və qida rasionuna kollagen, mikroelementlər və vitaminlərlə zəngin qida məhsulları əlavə etmək vacibdir.
Oynaqlardan şlak məhsullarını təmizləmək üçün faydalı reseptlərdən də istifadə etmək olar.
20-30 dəfnə yarpağı 2 stəkan qaynar suda vam ocaqda 5 dəqiqə qaynadılır. Termosa tökülərək 3-4 saat saxlanılır, alınan dəmləmə 12 saat ərzində hissə-hissə içilir. Resepti 3 gün ərzində təkrarlamaq lazımdır. Bir həftə fasilə verməklə müalicə kursunu bir neçə dəfə təkrarlamaq olar.
Bir neçə dəfə suyu dəyişdirilmiş düyü duzsuz suda bişirilib süzülür, süzülmüş düyüyə yağ və duz əlavə edilmədən səhər yeməyi kimi yeyilir. Orqanizmdən lazımsız maddələrin xaric olunması üçün 3-4 saat sonra qida qəbul etmək olmaz. Həmin rejim 40 gün gözlənilməlidir”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info