Azərbaycan beynəlxalq təşkilatlarla uğurlu işbirliyi həyata keçirir
Tarix: 21.12.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Gəmiçiliyin müəssisə və təşkilatlarında insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul 2014-cü il tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.9-cu bəndində nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin struktur müəssisə və təşkilatlarında insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici müşavirələr keçirilib.Rəhbər heyətlə yanaşı, şöbə, bölmə və sahələrdə çalışan işçilərin də iştirak etdiyi müşavirələrdə ölkəmizdə və dünyada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən ətraflı söz açılıb. Bildirilib ki, bu mübarizədə dövlətlərin beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərməsi olduqca vacibdir. Azərbaycan bunu nəzərə alaraq beynəlxalq təşkilatlarla uğurlu işbirliyi həyata keçirir.
Tədbirlərdə son illər ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində əldə edilmiş uğurlardan da danışılıb, Azərbaycanda bu sahə üzrə mükəmməl qanunvericilik bazasının mövcud olduğu və mütəmadi maarifləndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb.
Müşavirələrin sonunda iştirakçılara Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb. Bu cür cinayət halları ilə qarşılaşdıqları təqdirdə dərhal Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzdində 24 saat ərzində pulsuz fəaliyyət göstərən 152 qaynar xətt telefon xidmətinə müraciət etmələri tövsiyə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Millət vəkili Tahir Rzayev: “Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”
21.05.2019
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21.05.2019
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
21.05.2019
“Tarqovı”nın bağlanacağı xəbəri təxribat xarakteri daşıyır” - BŞİH-dən açıqlama
21.05.2019
Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları qiymətləndiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info