CASCFEN təmsilçiləri Xaçmazda olub
Tarix: 20.05.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Yola saldığımız bazar günü Xaçmaz rayon kitabxanasında bölgədə fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin növbəti toplantısı keçirilib. Toplantıda həmişə olduğu kimi məclisin üzvü olan yerli şairlər və yazarlar iştirak edib. Şeirlərin dinlənilməsi və müzakirəsi ilə müşayiət edilən tədbirə paytaxtdan qonaqlar da qatılıb.
Laçının işğal gününü qeyd etməklə başlayan tədbiri giriş sözü ilə açan “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur deyib ki, son zamanlar rayonda yaradılan şərait, yaradıcı insanlara geniş meydan verilməsi ölkədə aparılan uğurlu siyasətin tərkib hissəsi kimi Xaçmaz ziyalılarını da yeni yaradıcılıq uğurlarına həvəsləndirir. Eyni zamanda o qeyd edib ki, xaçmazlı şair və yazıçılar xüsusən də son illər ərzində öz əsərlərini yaymaq üçün geniş imkanlar əldə etməyə başlayıblar. Daha sonra o, məclisin “Duyğu yarpaqları” adlı ilk ədəbi almanaxını təqdim edib. Bundan sonra çıxış edən şairlərdən Məmməd Qədir, Aqşin Dadaşoğlu, Səyyad Sərraf, Mehrəli Qulu, Sabir Nemət, Pənah Elqəm, Telman Təravət, Böyükağa Ağa, Mövlan Şahid, Nəcimə Xıdır, Gülümbala Nəsirli və 4-cü sinif şagirdi Səyyad Məcidli öz şeirlərini təqdim edib. Müxtəlif janr və mövzularda yazılan şeirlər iştirakçıların ciddi marağına və müzakirələrə səbəb olub. Toplantıda qonaq qismində iştirak edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət və həmin qurumun sədr müavini Nadir Azəri də səslənən şeirlərə öz münasibətlərini bildiriblər. Geniş məruzə ilə çıxış edən CASCFEN sədri Azər Həsrət ötən ilin dekabrında nəşr edilmiş “Bir əsgərin yaşantıları” adlı memuar-romanını iştirakçılara hədiyyə edib. CASCFEN-in sədr müavini Nadir Azəri isə çıxışında belə bir məclisin fəaliyyətini yüksək dəyərləndirdiyini, bu cür imkanlara görə rayon rəhbərliyinə minnətdar olduğunu deyib. Toplantıya həm də Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin bir qrup tələbəsi qatılıb. Həmin fakültənin tələbəsi və eyni zamanda Xaçmazdakı Regional TV-nin “Yeni səhifə” ədəbi verilişinin müəllifi Sərdar Aminin başçılığı altında tədbirə qatılan gənclərdən Günel Eyvazlı, Ramilə Qardaşxanqızı və digərləri öz şeirlərini və fikirlərini səsləndiriblər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info