Çində yüzlərlə “ağıllı“ supermarket açılacaq
Tarix: 21.12.2017 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Çində “Alibaba”dan sonra ikinci ən böyük onlayn pərakəndə şəbəkəsi olan “JD.com” kassiri olmayan yüzlərlə tamamilə avtomatik mağaza açmaq planı haqda məlumat verib. Layihə Honkonqun “China Overseas Land & Investment Ltd” developerinin iştirakı ilə həyata keçirilir. Artıq “JD.com”un Pekin ofisinin 10 min əməkdaşı "ağıllı" ticarət nöqtələrini sınaqdan keçirib.
Xatırladaq ki, ABŞ-ın “Amazon” şirkəti 2016-cı ilin sonunda “Amazon Go” innovativ xidmətini sınaqdan keçirməyə başlayıb. Yenilik sayəsində müştərilər növbə gözləmədən alış-veriş etmək imkanı əldə ediblər. Bunun üçün istifadəçi mobil proqramı açmalı, məhsulları səbətə qoymalı və kassaya yaxınlaşmadan mağazadan çıxmalı idi.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, ancaq tamamilə avtomatik kimi düşünülən sistem insanların köməyinə ehtiyac duyurdu. Məsələn, “Amazon Go” tez-tez rəfdən götürülən məhsulu səhv salırdı. Həmçinin texnologiya ticarət zalında 20-dən çox insan olduqda əməliyyatları düzgün izləmirdi.
Nəticədə şirkət xidmətin ictimai təqdimatını təxirə salmalı olub.
“The Telegraph” nəşri yazır ki, “JD.com” onlayn mağazası RFID nişanlar, sifət və alıcıların rəfdən götürdükləri məhsulların tanınması funksiyasına malik kameralardan ibarət daha təkmil texnologiya təklif edir. Müəyyən vaxtdan sonra sistem müştərilərin şəxsi istəklərini nəzərə alacaq, onlara şəxsi endirim və aksiyalar təklif edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info