«Heydər Əliyev və Azərbaycan tarixi»
Tarix: 21.12.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Artıq ikinci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər. Məktəblərdəki konfranslar bitdikdən sonra bu işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmışdı. Ötən il ilk dəfə olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitab ictimaiyyətə təqdim olunmuşdu. Bu il də məktəblərdə keçirilən tarix konfranslarının yekunu olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitabın artıq ikinci cildi işıq üzü görüb.
Rayon rəhbərliyi, rayondakı idarə, təşkilat və digər qurumların, təhsil müəssisələrinin rəhbərləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, pedaqoji kollektivlərin təmsilçilərinin və rayonun orta məktəblərinin şagirdlərinin, valideynlərin iştirakı ilə bu konfransların təşəbbüsçüsü olan 6 №-li məktəb-liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrayon konfransı keçirilib.
İlk öncə məktəbdəki Heydər Əliyev muzeyinin qarşısında qonaqlar və tədbir iştirakçılarına məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları nümayiş olunub və həmin tarixi şəxsiyyətin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verilib. Bu zaman onları Bülbül adına orta-ixtisas musiqi məktəbinin muğam üçlüyü müşayiət edib.
Konfransı açıq elan edən 6 №-li məktəb-liseyin direktoru Gülşən Orucova məktəbdə kitabın çapı ilə bağlı görülən işlər barədə məlumat verib, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində özünə məxsus yer tutduğunu bildirərək onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıb.
Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin məzunu olduğu bu məktəbin belə konfranslarının təşəbbüskarı olduğunun təqdirəlayiq hal kimi qeyd edərək Ulu öndər Heydər Əliyevin zəngin irsi və Prezident İlham Əliyevin hamı tərəfindən dəstəklənən fəaliyyəti barədə ətraflı məlumat verib, qeyd edib ki, Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan tarix konfranslarında Səbail rayonunun orta məktəblərinin 300-dən çox şagirdi Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid məqalələrlə çıxışlar edib, sonda Səbail RİH tərəfindən şagirdlərin hazırladıqları məqalələrdən seçilən 47 işin toplandığı “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın 2-ci cildi hazırlanmış və bu yekun konfransda həmin kitab ictimaiyyətə təqdim olunur. Bu kitabın nəşri həm də şagirdlərimizin gələcəkdə tariximizi daha dərindən öyrənmələrinə, onun ayrı-ayrı dövrlərinin araşdırılmalarına marağı artıracaq. O, məktəbliləri və onların müəllimlərini belə bir maraqlı kitabın işıq üzü görməsi ilə bağlı təbrik etmişdir.
Konfrans iştirakçılarından 6 №-li məktəbin şagirdi Mətanət Quliyeva, 7 №-li məktəbin şagirdi Emil Rüstəmli, 2 №-li Texniki-Humanitar elmlər liseyinin şagirdi Yəmən Əzizli, 91-№-li məktəbin şagirdi Elmira Qoca və başqaları kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq bildiriliblər.
Digər çıxışlarda gələcəkdə də bu seriyadan olan yeni kitabların çap olunacağı qeyd olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info