BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib
Tarix: 21.12.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə onun tabeliyində olan ümumi təhsil mərkəzləri və inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış komandalar iştirak ediblər.
Tədbirdə ali məktəbin rektoru Elmar Qasımov çıxış edərək bu cür müsabiqələrin məktəblilərin bilik və bacarıqlarının inkişafında çox əhəmiyyətli olduğunu qeyd edib və məktəblilərə uğurlar arzu edib. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva isə çıxışı zamanı BANM-ın rəhbərliyinə göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edib, bu müsabiqənin həyata keçirilməsinin səbəblərindən danışıb.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış komandalar 2 saat ərzində 30 sualdan ibarət test tapşırığı və 2 məsələ həll ediblər. Doğru cavablandırılan hər test tapşırığı 1 balla, məsələ və təcrübə işi isə 5 balla qiymətləndirilməsi nəzərdə tutulub. Final mərhələsinin nəticələri tezliklə müəyyənləşdiriləcək.
Məktəblilər həmçinin BANM-ın yeni kampusu ilə yaxından tanış olub, buradakı dünya standartlarına cavab verən elmi-tədqiqat laboratoriyalarında təcrübə işləri aparıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info