Şamaxı üzümçülük üzrə əvvəlki şöhrətini bərpa edəcək
Tarix: 21.12.2017 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Şamaxı üzümçülük üzrə əvvəlki şöhrətini bərpa edəcək. Şamaxı rayonunda bu gün üzümçülük yeni inkişaf dövrünü yaşayır və bir çox mütəxəssis, habelə təcrübəli təsərrüfatçılar bölgənin bu sahə üzrə əvvəlki şöhrətini bərpa edəcəyi qənaətindədirlər. Vaxtilə, konkret olaraq ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi. O vaxtlar 26 min hektar üzüm plantasiyası olan bölgədə ildə orta hesabla 240 min tondan çox məhsul götürülürdü. Aqrar sektorun bu sahəsi, əslində əhalinin əsas gəlir mənbəyi idi. Təəssüf ki, 90-cı illərin əvvəllərində baxımsızlıq və qayğısızlıq üzündən burada üzümçülük, demək olar ki, məhv oldu.
Əlbəttə, Azərbaycanda iqtisadi sabitliyin bərpası, regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü Dövlət Proqramlarının qəbulu Şamaxı bölgəsində də iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahəsi olan üzümçülüyün inkişafı üçün yeni perspektivlər açdı. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” Şamaxıda da bu sahənin inkişaf perspektivlərinin araşdırılmasında, mövcud potensialdan səmərəli istifadə olunaraq üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayıb.
Hazırda bölgədə yeni salınan plantasiyaların sahəsi 1710 hektara çatıb. Bunun 70 hektarı cari ildə əkilib. Bağların 1315,2 hektarı məhsullardır. Rayonun Sabir, Mədrəsə qəsəbələrinin, Çarhan, Adnalı, Mirikənd ərazi vahidlərində üzüm plantasiyaları artıq sakinlərin əsas məşğuliyyət yeridir. Plantasiyalarda yeni, məhsuldar texniki və süfrə sortları əkilir. 350 hektardan çox üzüm bağı olan “AzQranata” MMC-nin Şamaxı təsərrüfatında, 300 hektardan çox plantasiyası olan “RMZ-Şirvan” MMC-də hər il yüksək məhsuldarlıq əldə olunur. Təsadüfi deyildir ki, rayonda üzüm istehsalı ildən-ilə artır. Belə ki, təkcə cari ildə bağlardan 8399,5 ton üzüm yığılıb ki, bu da ötən ilki göstəricidən 2868,2 ton çoxdur.
Bu gün şamaxılılar bölgədə üzümçülüyün inkişafında çox maraqlıdırlar. Bu da təsadüfi deyil. Çünki, təsərrüfatın bu sahəsi onlar üçün həm iş yeri, həm də gəlir mənbəyidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info