Milli Net-2017 internet müsabiqəsi başa çatıb
Tarix: 22.12.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata əsasən, “AzerTelecom” MMC bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu Milli Net 2017 tədbirinə Baş sponsorluq edib. Şirkətdən bildirilib ki, Milli Net tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan “AzerTelecom” MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.
Milli Net 2017-yə oktyabr ayında start verilib və müsabiqə dekabrın 15-nə qədər davam edib. Peşəkar internet mükafatı müsabiqəsinə ümumilikdə 18 nominasiya üzrə 392 internet resurs təqdim edilib. Müsabiqənin qaydalarına uyğun olan 291 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu resurslar arasından ən yaxşıları olan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu) nominant statusu alıb. Müsabiqənin növbəti mərhələsi olan ikinci səsvermənin nəticələrinə əsasən mövcud 18 nominasiya üzrə qaliblər seçilib və ötən gün keçirilmiş tədbirdə hər nominasiya üzrə qaliblərə Milli Net-in xüsusi mükafatı – tuncdan hazırlanmış hörümçək əks olunan buta, 2-ci və 3-cü yerin qaliblərinə Diplomlar təqdim edilib. Qaliblərə, həmçinin müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən “AzerTelecom” MMC-nin Kommersiya məsələləri üzrə Baş direktoru Ləman Abasbəyli bildirib ki, “AzerTelecom” şirkəti İKT sahəsində maarifləndirici, cəmiyyətin və İKT sahəsinin inkişafına dəstək verən Milli Net kimi əhəmiyyətli platformaların ümumi inkişafa töhfə verəcəyinə inanır. “AzerTelecom” 2008-ci ildən ölkənin telekommunikasiya sahəsində fəaliyyət göstərir və gələn il şirkətin 10 illik yubileyi qeyd olunacaq. Bu 10 il ərzində şirkət Azərbaycanda İKT sahəsinin ayrılmaz hissəsinə çevrilib, ölkənin yüksəkkeyfiyyətli və yüksəksürətli internet xidməti ilə təmini istiqamətində əhəmiyyətli işlər görüb.
“AzerTelecom” MMC İKT məkanının davamlı inkişafı, cəmiyyətdə informasiya texnologiyalarının tətbiqi, milli resursları tanıdan, cəmiyyətin təhsil şüurunu inkişaf etdirən layihələri hər zaman dəstəkləyir və bu prinsiplərə sadiq olaraq fəaliyyətini gələcəkdə də davam etdirəcək” - deyə Ləman Abasbəyli qeyd edib.
Mükafatlandırma mərasimində ölkənin internet ictimaiyyətinin, bir sıra dövlət orqanlarının, ölkənin İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin, təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq ölkədə İKT sektorunun inkişafından bəhs ediblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info