“Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq”
Tarix: 22.12.2017 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


İsveçrə paytaxtında Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi bu ölkənin paytaxtı Bern şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirib. Bern şəhərinin məşhur “Bellevue“ otelində təşkil olunan mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılıblar. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolundan, xüsusilə son dövrlərdə əldə etdiyi nailiyyətlərdən, Prezidentin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlardan, Strateji Yol xəritələrinin reallaşdırılması vasitəsilə iqtisadiyyatın şaxələndirilməsindən bəhs edib. Səfir respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlərdən də söz açıb. Bakının ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Avroviziya” musiqi müsabiqəsi və Formula-1 yarışmasına ev sahibliyi etdiyini bildirən səfir, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi altında ölkəmizin çoxsaylı humanitar layihə və tədbirlərin də ev sahibinə çevrildiyini diqqətə çatdırıb, əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” ilə Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında dialoqa mühüm töhfə verdiyini xatırladıb. Ölkəmizin “Ekspo-2025” Ümumdünya Sərgisi üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın dövrümüz üçün çox aktual olduğunu vurğulayan səfir, İsveçrənin özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini söyləyib. Xanım İbrahimova tədbirə toplaşanların diqqətinə çatdırıb ki, “Ekspo-2025”ə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcək. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırıb. Xanım İbrahimova “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb. Səfir tədbirə toplaşanları öz ölkələrini Bakının namizədliyini dəstəkləməyə təşviq etməyə çağırıb. Sonra “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə namizəd olan Bakı şəhəri barədə hazırlanmış videoçarx nümayiş etdirilib. İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru Dorit Sallis Bern şəhərində keçirilən təqdimat mərasimində AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, Azərbaycanın inkişafı, Bakıdakı infrastruktur, ölkənin füsunkar təbiəti və tarixi, insanların qonaqpərvərliyi sayəsində Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq. Azərbaycana ilk dəfə 2003-cü ildə səfər etdiyini xatırladan D.Sallis indiyədək dəfələrlə ölkəmizdə olduğunu və qəlbən özünü Azərbaycana çox yaxın hiss etdiyini bildirib. Ticarət Palatasının rəhbəri qeyd edib ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafı onun işinin tərkib hissəsi olduğuna görə, ötən dövrdə ölkəmizlə yaxından tanış olmaq imkanı qazanıb: “Azərbaycan böyük resurslara malik gözəl ölkədir. Bu resurslar təkcə neft və qaz kimi təbii sərvətlərlə məhdudlaşmır. Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və yerli məhsulların dünya bazarına çıxarılmasında böyük potensial görürəm. Ölkə müasir innovasiyalar və informasiya texnologiyalarının inkişafına ciddi maraq göstərir. Hesab edirəm ki, yaxşı təhsil görmüş peşəkar insanlar sayəsində Azərbaycan bu sahələrdə də güclü ölkəyə çevriləcək”.
Anar





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info