MEK 2017-ci ilin noyabr ayı ərzində beynəlxalq kitab mübadiləsi həyata keçirib
Tarix: 22.12.2017 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasına 2017-ci ilin noyabr  ayı ərzində xarici ölkələrin bir qrup təşkilatları ilə beynəlxalq kitab mübadiləsi (BKM) çərçivəsində 91 nüsxə jurnal daxil olub.
ABŞ-ın “Science News” jurnalının redaksiyası, Nyu-York şəhər Kolleci,  Miçiqan Universitet Kitabxanası və Helmintologiya İnstitutunun “Comparative Parasitology”, “Nationalities Papers”, “Great Lakes Botanist”, “The Bryologist” və “Science news” jurnallarının yeni buraxılışlarının ümumilikdə 9 nüsxəsi alınıb. Böyük Britaniyanın “Nature” jurnalının redaksiyasından və  Edinburq Kral Cəmiyyətinin Kitabxanasından MEK-ə “Nature” və “The Royal Society of Edinburgh: Proceedings Section A mathematics” jurnallarının altı nömrəsi daxil olub.
Yaponiyanın Milli Kitabxanası, Riyaziyyat Elmləri üzrə Tədqiqat İnstitutu, Kimya Cəmiyyətinin Kitabxanası, Geokimya Cəmiyyəti,  Neft-Kimya Cəmiyyəti, Geologiya Cəmiyyətinin Kitabxanası, Mineralogiya Assosiasiyası tərəfindən Azərbaycana “Waseda global forum”, “Journal of mineralogical and petrological sciences”, “Geochemistry”, “Journal of the Mathematical Society of Japan”, “Bulletin of the Chemical Society of Japan”, “Publications of the Research İnstitute for Mathematical Sciences”, “Journal of Oleo Science”, “Marine polymetallic mineral deposits in the vicinity of the Japanese Islands”, “Kyoto Journal of Mathematics” adlı jurnallarının  ümumilikdə 19 sayı göndərilib.
Belarus Milli Kitabxanasından bir kitab və dörd jurnal, Almaniyanın Rostok Universitet Kitabxanası, Frankfurt Cəmiyyəti, Potsdam Universitetinin Kitabxanası, Etnoqrafiya Dövlət Muzeyi, Berlin-Brandenburq Elmlər Akademiyasının Kitabxanasından 6 jurnal, Bolqarıstan Milli Kitabxanasından 9 jurnal, Fransanın Milli Tarix Muzeyi, Milli Kitabxanası, Coğrafiya Cəmiyyətinin Kitabxanasından 8 jurnal əldə olunub. Polşanın Mari-Küri Skladovski adına Kitabxanasından iki jurnal, Türkiyənin Türk Dil Qurumundan 15 adda,  Sloveniya Elmlər Akademiyası Kitabxanasından 7 adda kitab və jurnallar, İsveçrə Fizika Cəmiyyəti, Bosniya və Herseqovina Elmlər Akademiyasından bir jurnal və Səudiyyə Ərəbistanının İnzibati İdarəetmə İnstitutu tərəfindən bir kitab Mərkəzi Elmi Kitabxanaya daxil olub.
Noyabr ayında Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin Karabük və İtaliyanın Ka Foskari Universitetləri arasında tərəfdaslıq əlaqələri qurulub, İstanbul Orhan Kemal Bölgə Xalq Kitabxanası, Süleymaniye Yazma Əsərlər Kitabxanası, Atatürk Kitaplığı, Beyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Edebiyat Müzey Kitabxanası ilə əməkdaşlığın əsası qoyulub. Ay ərzində MEK-ə Türkiyə kitabxanalarından BKM yolu ilə Türkiyə Dəyanət Vəqfi, İslam Araşdırmaları Mərkəzinin "İSAM Bülteni – 2016", Türkiyə Yazma Əsərlər Qurumu Başkanlığının "Yayın kataloğu" / Istanbul, "Harb-i Umumide Irak Harekatı – Kutül-Amare – Kutül-Amarenin 100 yılı anısına" / İstanbul, 2016, "Beyazıt Devlet Kütübhanesi 125 yaşında" (1884-2009)  / İstanbul-2010, Yeditepe Yayınevinin "Revan türkleri: Erivan türk Yurdudur" / İstanbul-2016 və digər adlarda ədəbiyyat daxil olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info