81 yeni mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
Tarix: 22.12.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır. Nazirlik bu sahədə növbəti tədbir kimi, Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verib. Həmin ailələrdən 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.
Yeni mənzillərlə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sevinclərini ifadə edərək bu gün onların həyatında əlamətdar, unudulmaz bir gün olduğunu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara dövlət tərəfindən yeni mənzillərin hədiyyə edilməsindən sonsuz fərəh və qürur hissi keçirdiklərini bildiriblər. Onlar həyatlarına rahatlıq gətirən bu mənzillərin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və bu döyüşlər zamanı şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yüksək Prezident qayğısının daha bir əyani təzahürü olduğunu vurğulayıblar. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri bütün sahələrdə dövlətin qayğısını, dəstəyini hiss etdiklərini diqqətə çatdırıb, bu məqsədlə aparılan işlərə, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə aparılan sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, bu siyasətin hər bir vətəndaşın rifah halının təminatına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarından olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlət başçısının sosial inkişaf kursunun əsas istiqamətlərindəndir. 
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni fərdi yaşayış evləri inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınıb təmir etdirilməklə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Təkcə bu ay nazirlik həmin təbəqələrə aid 100 nəfərdən çox şəxsi mənzillə təmin edib. Ümumilikdə, aparılan işlərin davamı olaraq, nazirlik tərəfindən 2014-2017-ci illərdə 1350 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə mənzil təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb. 
Tədbirdə ayrı-ayrı ictimai birliklərin rəhbərləri ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsindən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması, yeni mənzillərlə təminatı istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar bu sahədə həyata keçirilən tədbirlərin, ölkəmizin müdafiəsi naminə döyüşlərdə şəhid olmuş Vətən övladlarının ailələrinin, bu döyüşlərdə əlil olmuş insanların diqqət və qayğı ilə əhatə olunmasının, o cümlədən yeni mənzillərlə təmin edilmələrinin cəmiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.
Sonra mənzillərdə yaradılmış şəraitə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info