“Qüdslə bağlı BMT-də keçirilən səsvermə göstərdi ki, ABŞ-ın qərarı legitim deyil“
Tarix: 22.12.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


"ABŞ-ın Qüdslə bağlı qətnaməyə görə ölkələri hədələməsi beynəlxalq hüququn onurğasını təşkil edən BMT-nin ölkələrin iradəsini ifadə etmək prinsipinə təhdid təşkil edir".
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ-ın əlində bombaların, silahların olması ona güc qazandırmaz: “Yanınızda sadəcə İsraili və 5-6 ölkəni görərsiniz. Amma qarşınızda 128 ölkənin dimdik ayaqda durduğunu görərsiniz. Qüdslə bağlı qətnaməyə qatılmayanların da yeri böyük ehtimalla qətnamənin lehinə səs verənlərin yanındadır. Biz son ana qədər 160-190 arası səsin çıxacağını gözləyirdik. Ağ Ev telefon başına keçdi və ölkələri təhdid etdilər. Onlar ölkələri açıq-aşkar hədələdilər. Dövlətlərin iradələri nə zamandan pulla satın alınmağa başlanıb? Demokratiya iradələrin satın alındığı sistem deyil. ABŞ bu vəziyyətini dəyərləndirməlidir. Düşünməlidir ki, bu qədər ölkə belə düşünürsə, fikrindən geri dönməlidir”.
Türkiyə prezidenti qeyd edib ki, Qüdslə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələri ABŞ-ın haqsız olduğunu bir daha ortaya qoyub: "Səsvermə göstərdi ki, ABŞ-ın Qüdslə bağlı qərarı legitim deyil. Dünya beşdən böyükdür. 128 ölkə bu qərara qarşı dimdik ayaqda durdu".
ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.
Dünən BMT Baş Assambleyasının təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə edilərək, bu qərarı pisləyən qətnamə qəbul edilib.
İclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Müsəlmanı incidənə müsəlman mükafat verdi
25.08.2019
“Zəngin bir ölkədə insanları belə saxladığımız üçün utanmalıyıq“
25.08.2019
Böyük yeddilik sammitinin açılışı olub
25.08.2019
“Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu“
24.08.2019
Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info