Gələn ilin aprelində Bakı birinci PR Forumu keçiriləcək
Tarix: 22.12.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin təmsilçiləri ilə (Azerbaijan Public Relations Association-APRA) görüş keçirilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov toplantı iştirakçılarını salamlayaraq bildirib ki, ictimaiyyətlə əlaqələrin düzgün qurulması son dərəcə vacibdir. Azərbaycan qanunvericiliyində bununla əlaqədar xüsusi müddəalar var. Bu müddəalara əməl edilməsi mütləqdir. Ancaq ictimaiyyətlə əlaqələrin düzgün qurulması eyni zamanda peşəkarlıq məsələsidir. «Söhbət yalnız ondan getmir ki, cəmiyyət informasiya ilə təmin edilsin. Bu sahə elmi yanaşma da tələb edir. İnanıram ki, yeni təsis edilmiş Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyi mövcud istiqamətdə faydalı işlər görəcək. Çünki qurumda öz sahəsinin biliciləri olan şəxslər toplaşıblar. Onların təşkilatlanması yenilikdir. Yeniliyin əməli iş müstəvisində özünü göstərməsi vacibdir. Buna görə də Mətbuat Şurası quruma hər cür dəstək göstərməyə hazırdır», - deyə Ə.Amaşov vurğulayıb.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin sədri, Veysəloğlu şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov rəhbərlik etdiyi birliyin məqsəd və vəzifələri barədə söz açıb. O bildirib ki, APRA ölkəmizin dövlət qurumlarının, tanınmış şirkətlərinin cəmiyyətə informasiya verilməsinə məsul strukturlarının rəhbərlərinin birləşərək yaratdıqları qurumdur. Təşkilatın yaranmasında məqsəd ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaq, mövcud istiqamətdəki proseslərə dəstək göstərməkdir.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə eyni zamanda bildirilib ki, ölkəmizdə bu sahə yeni olduğundan PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirəcək və fəaliyyətini əlaqələndirəcək təşkilata ehtiyac var. Assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkarlığa və etik standartlara riayət edilməsinə kömək edəcək. Qurum habelə ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına şərait yaradacaq.

Görüşdə həmçinin 2018-ci ilin aprel ayında Bakı birinci PR Forumunun keçiriləcəyi və prosesə APRA-nın da müvafiq dəstək göstərcəyi vurğulandı.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info