Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İƏT-in üzvüdür”
Tarix: 22.12.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa xarici siyasət təşəbbüslərini həyata keçirmək asan olur. Deyə bilərəm ki, bu gün bizim müsəlman dünyası ölkələri ilə çox yaxşı münasibətlərimiz vardır. İslam dünyasının bir hissəsiyik. Eyni zamanda, Avropa ölkələri ilə də yüksək səviyyədə əlaqələrimiz qurulub, biz Avropa təsisatları ilə fəal əməkdaşlıq həyata keçiririk. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabında toplanan materiallar 2011-ci ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.
Bu kitab Prezident İlham Əliyevin Polşa Respublikasına işgüzar səfərinə dair materialla başlayır.
Nəşrin 48-ci kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.
Bu cilddə Prezident İlham Əliyevin Türkiyə və Qazaxıstana səfərlərinə, bu ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Kitabda Fransa, Avstriya, Macarıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə çoxşaxəli əlaqələrin inkişafından, enerji və qeyri-neft sektoru üzrə bağlanan müqavilələr və sazişlərdən, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunur.
Bu cilddə, həmçinin Azərbaycan Prezidentinin Şərq tərəfdaşlığı sammitində iştirakına, ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə və xarici telekanallara verdiyi müsahibələri yer alıb.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci cildində, eyni zamanda, Prezidentin Ağdaş, Ucar, Ağsu, Oğuz, Qax, Şəki və Qəbələyə səfərləri, o cümlədən bu rayonların ictimaiyyət nümayəndələri ilə görüşləri, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı barədə materiallar toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 48-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info