Ev heyvanlarını tanıyan “ağıllı” qapı nümayiş etdirilib
Tarix: 22.12.2017 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Sifətin tanınması texnologiyası sayəsində “ağıllı” qapı yalnız öz ev heyvanlarını içəri buraxır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" qapı yalnız öz ev heyvanlarını içəri buraxır. Heyvan qapıya yaxınlaşdıqda kameradan onun şəklini ələ keçirən kompüter onu təsvirin tanınması proqramı vasitəsilə yoxlayır. Öncədən proqrama ev heyvanlarının sifəti tanıdılıb və o, yalnız öz ev heyvanlarını içəri buraxır. Tez-tez yad pişiklər qonşulardan yem oğurlayırlar. Belə problemlər adətən şəhərkənarı yerlərdə müşahidə olunur. Orada heyvanlar sərbəstdirlər, yəni istədiyi yerdə gəzirlər.
Sözügedən “ağıllı” qapını satın almaq lazım deyil. Texnika və proqramlaşdırmadan az-çox məlumatı olan istənilən şəxs belə qapı yarada bilər. Bunun üçün birlövhəli kompüter (məsələn, “Minnowboard Max” və ya “Raspberry Pi”), adi veb-kamera, hərəkət sensoru, bir neçə elektrik mühərriki və işıq diodları, proqram təminatı qismində isə “ağıllı” cihazlar, robotlar və ən müxtəlif əldəqayırma layihələr üçün beyin rolunu oynayan “Windows 10 IoT Core”, “OpenCV” və “Microsoft Visual Studio 2017” lazımdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info