Uçot sənədlərinin elektron qeydiyyatı aparılacaq
Tarix: 22.12.2017 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Gələn ilin yanvarından yeni təsərrüfatbaşına uçot sənədləri tətbiq ediləcək. Bu sənədlərdəki məlumatlardan əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə dekabrın 22-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı keçirilən zona müşavirəsində məlumat verilib.
Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Ölkəmizdə aqrar sahədə aparılan islahatların, kənd təsərrüfatına dövlət dəstəyinin uğurlu nəticələrindən danışan T.Qaraşov təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinin əhəmiyyətindən söz açıb, görülən işlərin uğurunun doğru, düzgün və dəqiq uçotun aparılmasından asılı olduğunu diqqətə çatdırıb.
Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov çıxışında bildirib ki, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq komitə tərəfindən ardıcıl islahatlar həyata keçirilir. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər və rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb.
Gələn ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacağını vurğulayan R.Səlimov Dövlət Statistika Komitəsi tərəfindən növbəti mərhələdə təsərrüfatbaşına uçot sənədləri ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
Bildirilib ki, bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Zona müşavirəsində çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Sonra Dövlət Statistika Komitəsinin əhali statistikası şöbəsinin müdir müavini Xaliq Nəsibov şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim edib.
Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info