“İran qış fəslinin sonunadək Qəzvin-Rəşt dəmir yolu ilə ilk qatarını yola salacaq” 
Tarix: 22.12.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“İran qış fəslinin sonunadək Qəzvin-Rəşt dəmir yolu ilə ilk qatarını yola salacaq”. 
Bunu APA-nın Tehran bürosunun müxbirinə eksklüziv açıqlamasında İranın yollar və şəhərsalma nazirinin müavini, Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin baş direktoru Xeyrullah Xadim deyib.  
X. Xadim bildirib ki, İran qış fəslinin sonunadək Qəzvin-Rəşt dəmir yolu layihəsini tamamlamaq niyyətindədir.  “Üç ay ərzində Qəzvindən Rəştə ilk qatarı xəttə buraxmaq niyyətimiz var. Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi üçün Rəşt-Astara dəmir yolu layihəsinə start verilib.   Hazırda İranın Astara şəhərində dayanacaqlar və yükboşaltma məntəqələri ilə bağlı işlər görülür”. 
Qeyd edək ki, Azərbaycan-İran razılaşmasına əsasən,  “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi çərçivəsində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu dekabrın 25-də istifadəyə veriləcək. İran Dəmir Yollar Təşkilatının açıqlamasında bildirilir ki, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatdırılacağı proqnozlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info