David Petrosyan:”Ermənistan ordusunda əsgərlər ac qalır”
Tarix: 22.12.2017 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


“1in.am” : “Aprel döyüşləri silah və hərbi təhsil sahəsində erməni ordusunun ciddi çatışmazlıqlarını göstərdi”

«Orduya çağırılan hər bir çağırışçı iki il ərzində öz mövcudluğunu qorumaq üçün mübarizə etmək məcburiyyətində qalır. Bəzi əsgərlər evdən göndərilən ərzaq hesabına qidalana bilsələr də, digərləri ac qalırlar».

Bu fikirləri dekabrın 18-dən aclıq aksiyasına başlayan «Elmin inkişafı naminə» təşəbbüsünün üzvü David Petrosyan yaydığı bir videomesajda bildirir:”Əgər bu gün biz Ermənistan ordusunu güclülülər səviyyəsinə qaldırmaq istəyiriksə, ilk olaraq bu problemlər barədə danışmalıyıq”.
«Armenianreport» saytına danışan Petrosyanın sözlərinə görə, bu gün erməni ordusu cəmiyyətin «sıxışdılırılmış versiyası»dır. «Təsəvvür edin, erməni ordusuna çağırılan hər bir gənc hərbidə iki il sağ qalmaq, mövcudluğunu qorumaq üçün mübarizə aparmaq məcburiyyətində qalmalıdır. Bunun üçün o, ilk olaraq, münasibətlər qurmalıdır. Lakin bu da əsas deyil. Çünki burada hər bir zabit istədiyi əsgərlə necə gəldi danışa bilər»-deyən sabiq erməni əsgəri Petrosyan, eyni vəziyyətin həm taburlarda, həm də mövqelərdə hökm sürdüyünü bildirib.
Onun sözlərinə görə, taqımlarda baş verənlər mövqelərdə də davam etdirilir. Deyək ki, taqımda bir-biri ilə savaşan əsgər zabitin əmri ilə «barışmağa» məcbur edilsə də, birgə göndərildikləri mövqedə bu savaşı davam etdirirlər. Məhz əsgərlər arasındakı intihar halları da, daha çox bundan doğur: «Hazırda çoxları hərbçi əsgərlərə verilən 3400 dramdan danışır. Amma bu məbləğin hara xəriclənməsi ilə maraqlanmır. Bu pulu alan hər bir əsgər, ilk olaraq yaxınlıqdakı ərzaq dükanına üz tutur. O, bu pulu başqa məqsədlər üçün istifadə etmir. Əslində, bu məbləğ hər bir əsgərin şəxsi ehtiyacları üçün kifayət deyil. Ona görə də, bir çox ailələr əsgər övladları üçün pul göndərmək məcburiyyətində qalırlar. Lakin, unutmaq lazım deyil ki, bunu da hər bir erməni ailəsi edə bilmir. Nəticədə isə əsgərlərin bəziləri qidalana bilsə də, digərləri ac qalırlar. Başqa bir önəm kəsb edən məsələ:- Bu gün erməni silahlı qüvvələrindəki əsas problemlərdən biri də əsgərin telefonla ailə üzvləri ilə əlaqə saxlaya bilməsi ilə bağlıdır. Təsəvvür edin, hər bir hərbi hissədə əsgərin ailəsi ilə əlaqə saxlaması üçün üç telefon quraşdırılıb. Lakin necə quraşdırılıb? Məlum olur ki, bu telefonlardan birini hissədə xidmət edən leytenant, ya şəxsi borc səbəbilə satıb, ya da «oğurlanıb». Taqım komandiri isə heç bir əsgərə şəxsi mobil telefondan istifadə etməyə icazə vermir. Bu da yalnız taqım komandirlərinin «razılığı» əsasında həllini tapan məsələlərdəndir». Qeyd edilməlidir ki, bütün bunlar erməni ordusunda «iki il ancaq özünü qorumaq məcburiyytində qalan» sabiq hərbçinin etiraflarıdır.
Maraqlıdır, Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın yüksək bəlağətlə «Joxovurd» nəşrinə dediyi "Ermənistan hər zaman itirilən mövqelərini bərpa edə bilər"- deməsi ilə düz gəlmir axı? Akopyan bu əsgərlərləmi «itirdiyi» mövqeyini bərpa edəcək? Doğrudur, Akopyanın verdiyi açıqlamadan sonra, ona ilk olaraq «general Akopyanın axmaqlığı» cavabı ilə öz hərbçi həmkarı bildirib.
Qeyd edilməlidir ki, Akopyanın dediklərinə ən sürpriz qiyməti isə rusiyalı hərbi ekspert Pavel Felgenhauer verib. Belə ki, o ermənilərin «1in.am» saytına verdiyi geniş müsahibənin bir yerində belə deyib: «Aprel döyüşləri silah və hərbi təhsil sahəsində erməni ordusunun ciddi çatışmazlıqlarını göstərdi. Əgər Azərbaycan Ordusu döyüşləri davam etdirərdisə, gələcək hadisələrin necə inkişaf edəcəyi aydın deyildi. Təbii ki, bunlar sizin günahınız deyil, sizin narahatlığınız olmalıdır. Hərbi əməliyyatlar aparmaq üçün Azərbaycanda olan müasir vasitələrə ehtiyacınız var. Unutmaq lazım deyil ki, bu gün Ermənistan köhnə sovet silahları ilə təchiz edilsə də, Azərbaycan özünü modernləşdirilmiş zirehli nəqliyyat vasitələri ilə təmin edib. Məsələn, Azərbaycanda olan zərbə dronları bu gün hətta Rusiya Ordusunda belə, yoxdur. Azərbaycan indi bəzi məsələlərdə Rusiyadan da daha çox inkişaf etmiş vəziyyətdədir».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info